Sadıq Sadıqov: "Azərbaycan regionlarında cüdonun inkişaf proqramları da nəzərdə tutulur"
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında imzalanmış tərəfdaşlıq müqaviləsi barədə danışıb.
Stadium.Az xəbər verir ki, S.Sadıqov ACF-nin rəsmi saytına açıqlamasında bu anlaşmanın Azərbaycan cüdosunun inkişafına xidmət edəcəyini bildirib.
O deyib ki, ötən ilin oktyabrında Fransanın paytaxtı Parisdə ACF və İJF rəhbərlərinin görüşündə və Marius Vizerin bu ilin əvvəlində Bakıya səfəri zamanı Azərbaycanda cüdonun inkişafı ilə bağlı bir çox məsələlər müzakirə olunub, SOCAR-la İJF arasında 4 illik tərəfdaşlıq müqaviləsi imzalanması haqqında razılıq əldə edilib: "Bu il Olimpiya ili sayılır və bu dövr ərzində İJF-nin xüsusi inkişaf proqramı mövcuddur. İmzalanan tərəfdaşlıq müqaviləsi də bizə həmin proqram çərçivəsində ölkəmiz üçün müxtəlif layihələrin həyata keçirilməsi imkanı yaradacaq. İJF tərəfindən azərbaycanlı məşqçi və hakimlər üçün seminarlar təşkil olunacaq”.
ACF rəsmisi həmin layihələrin nədən ibarət olduğunu da açıqlayıb: “Həmin layihələrdə Azərbaycan regionlarında cüdonun inkişaf proqramları da nəzərdə tutulur. Cüdo məktəblərinin və digər infrastrukturların yaradılması, fəaliyyətdə olan məktəblərin və seksiyaların inventarlarla təchiz olunması, metodik vasitələr və yardımlar da nəzərdə tutulub. Bütün bunlar isə yeni istedadların üzə çıxmasına və Azərbaycan cüdosunun inkişafına töhfə verəcək”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |