Xarici işlər naziri AFFA-dakı yeni vəzifəsindən danışdı
Bu gün keçirilən AFFA-nın Hesabat-Seçki Konfransında İcraiyyə
Komitəsinin üzvü seçilən xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə
jurnalistlərə müsahibə verib. Stadium.Az xəbər verir ki, Məmmədyarov bəzi
məsələlərdən də danışıb:
“Doğrudan da, bu,
böyük şərəfdi. Amma hansısa şərh verə bilmərəm. Çünki yeni seçilmişəm, birinci
iclasda iştirak etmişəm. Ancaq inanıram ki, biz yavaş-yavaş Azərbaycan
futbolunu da inkişaf etdirərik. Planlardan
danışmaq hələ tezdi. Çünki
yeni seçilmişəm. Qoy, bu işlərlə daha yaxından tanış olum. Rövnəq müəllim
təklif etmişdi ki, gəlin, ölkə futbolunu birlikdə qaldıraq. Burada xarici işlər
naziri də iştirak etsin. Mən də ilk növbədə də Azərbaycan futbolunun
həvəskarıyam. Yəqin bilirsiz ki, şəhərdə olanda yığmanın və klublarımızın
oyunlarına gedirəm.
“Qarabağ”
xoşuma gəlir. “Neftçi” vaxtında da yaxşı oyun göstərirdi. Amma indi bir qədər
çətinlik çəkir. Ümumiyyətlə, Azərbaycan futbolunun azarkeşiyəm. Çalışarıq ki, hər iki işi yerinə yetirək.
Axır vaxtlar futbolumuzda, xüsusilə klub səviyyəsində inkişaf gedir. “Qarabağ”
və “Qəbələ” artıq Avropa Liqasının qrupunda oynayıb. İnanıram ki, belə getsə
yayda o biri klublar da onların yolu ilə gedəcək. “Zirə” çox yaxşı oyun
göstərir. “Qarabağ”ı da, “Qəbələ”ni də qeyd edərdim. Əlbəttə ki, bir az vaxt
lazımdı. Amma avrokubok
yarışlarında iştirak üçün təcrübə məsələsi də var. Düşünürəm ki, düz yol
seçiblər. İnşallah, mövsümün sonunda Azərbaycan klubları Çempionlar Liqasında
da iştirak edərlər”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |