Şahin Diniyev: "Məşqçi kimi belə turnirdə oynamamışam"
"Kəpəz" Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Neftçi"yə 3:2 hesabıyla qalib gəldi. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyev oyundan sonra vacib qələbəni belə dəyərləndirib:
"Maraqlı oyun keçdi. Bol qollu matç keçdi. Hər iki qapıya təzyiqlər vardı. Çünki komandaların hər ikisi hücumameylli idi. Bu 3 xal bizim üçün qızıl xal kimi idi. Avropanın qapısını döymək istəyiriksə, ən azından məğlub olmamalıydıq.
Geniş heyət olmasa da, meydanda uduzduq. İlk hissənin fasiləsində dedim ki, 2:0 qələbə deyil. "Neftçi"yə qarşı 90-dan əlavə 4-5 dəqiqədə də oynamaq lazımdır. Bu qələbə bütün gəncəlilərə bayram hədiyyəsidir. Mənə elə gəlir ki, bu gün Gəncədə hər kəsin qapısına papaq atdıq və payımızı aldıq. "Neftçi"yə uğurlar arzu edirəm və inanıram ki, gələcəkdə xal qazanıb qara zolaqdan çıxacaq. Demirəm ki, səhvsiz oynadıq. Amma qələbə qazana bildik.
Fikrimcə normal idarəçilik oldu. Bu gün hakimin səhvi yox, "Kəpəz"in qələbəsi idi. Komandada oynayan futbolçuların hamısı qələbəni hiss etmir. Yəni özünə inam yoxdur. Bugünkü oyunda da məğlub ola bilərdik. Oyunun sonlarına yaxın qol buraxmağımız psixoloji amillə bağlıdır. Avropada çıxış etmək üçün güclənməyə ehtiyacımız var. Hər mövqedə daha səviyyəli futbolçu olmalıdır. İki cinah müdafiəçimiz var. bu gün geniş heyətimiz yoxdur. 3 xallıq sistemdə nəsə demək çətindir. Çünki 2-3 oyundan sonra dəyişiklik ola bilər. O demək deyil ki, biz Avropa Liqasına çıxırıq. Hələ qarşıda 30 xallıq oyun var. Bu da hər şeyi həll edə bilər. Mənim ən böyük arzum avrokuboklarda oynamaqdır. Məşqçi kimi belə turnirdə oynamamışam. Hamıdan çox bunu mən istəyirəm. Penaltilərə baxmıram. Orada bir polis əməkdaşı vardı. Üzündən nur yağırdı. Dedi ki, mənə bax, yaxşı olacaq. Düzdür ikinci penaltidə məni aldatdı.. (gülür). Dario hələ tam hazır deyil. İnanıram ki, biz arzuladığımız yerdə olanda o, bizimlə olacaq. "Kəpəz" Namiqi Azərbaycan futboluna yenidən qaytardı və milliyə futbolçu verdi. Bu da bizim 6 aylıq əziyyətimizin boşa getməməyi deməkdir. Hələ təzə adlar çox eşidəcəksiniz".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |