Fikrət Hüseynov: "Tərlan müəllim buna təəccüblənsə də, o, bu ağır yükün altına girdi" - MÜSAHİBƏ
Bir qədər əvvəl AFFA Klublar Komitəsinin iclası başa çatdı. Stadium.Az xəbər evrir ki, iclas bitdikdən sonra komitə sədri Fikrət Hüseynov jurnalistlərin suallarını cavablandırıb:
- İclasımızın gündəliyində bir neçə mövzu var
idi ki, onlardan biri də Medi Komitəsiylə görüş idi. Biz qarşı tərəfdən 3 nəfər
dəvət edərək onlarla söhbət etdik. Mənə elə gəlir ki, biz gələcəkdə bunun bəhrəsini
görəcəyik.
- Nələr
müzakirə olundu, hansı qərarların qəbul edilməsi məqbul sayıldı?
- Ümid edirəm ki, gələcəkdə iki komitə
arasında yaxşı işlər görüləcək.
- Media
Komitəsinin üzvləri iclası tərk etdikdən sonra içəridə qızğın müzakirə başladı.
Hətta müzakirə zamanı səslər bayıra da gəlirdi. Nələr müzakirə olunurdu?
- AFFA-nın baş katibi Elxan Məmmədov da
iclasda iştirak edirdi. Bilirsiz ki, biz legionerlərə tətbiq edilən üzvlük
haqqı 20 min manatdan 5 min manata endirilsin. Biz əmin idi ki, bu məsələ AFFA
İcraiyyə Komitəsində öz həllini tapacaq. Ancaq bu baş vermədi. Biz də indi qərara
aldıq ki, bununla bağlı İşçi Qrupu yaradılsın və iki komitə arasında bununla
bağlı söhbətlər olsun. Artıq İşçi Qrupunun 3 üzvü də məlum oldu. Bunlar Klublar
Komitəsinin sədri olaraq mən, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov və “Neftçi”nin
idman direktoru Elnur Məmmədovdur. Biz bu məsələylə bağlı müzakirələr
aparacağıq və daha sonra İcraiyyə Komitəsinin üzvləriylə görüşüb, bir qərar verəcəyik.
Bu müzakirələr qarşıdakı bir həftə ərzində həll ediləcək. Bundan sonra ola
bilsin ki, iyul ayında İcraiyyə Komitəsinin iclası olsun və bu məsələ bir daha
orada müzakirə edilsin.
- Super
Kubok keçiriləcək?
- Bu məsələylə bağlı biz qarşıdakı günlərdə
PFL prezidenti Ramin Muayevlə görüşüb danışacağıq. Yəni indi bu məsələni
müzakirə etmədik.
- AZAL
yaxşı mövsüm keçiri. Sizə elə gəlmir ki, bu uğurlu çıxışın sonunda futbolçulara
daha çox diqqət ayrılmalı, maaşları artırılmalıdır?
- Biz bir il əvvəl klubun strategiyasını dəyişdik.
Baş məşqçi Tərlan Əhmədovla yeni müqavilə bağlayanda bunu onun diqqətinə
çatdırdıq. Tərlan müəllim buna təəccüblənsə də, o, bu ağır yükün altına girdi.
Və indi çpx döyüşkən və mübariz komandamız var. Elə futbolçularımız var ki,
onları heç kim bəyənməmişdi, amma baş məşqçimiz onlara güvəndi və indi onlar əsas
heyətdə çıxış edirlər. Bu barədə rəhbərliklə danışığımız olub. Ola bilsin ki,
iki turdan sonra və ya qarşıdakı 10 gündə rəhbərliklə görüşək və bu məsələni
daha dəqiq müzakirə edək.
- Yəni
komanda vəsiqə qazansa dəqiq olaraq Avropa Liqasında oynayacaq?
- Bəli. Təbii ki, oynayacağıq. Bu barədə heç
bir problem olmayacaq.
- Söhbətlər
var ki, mövsümün sonunda klubun prezidenti dəyişəcək...
- Hazırda klubun prezidenti Zaur Axundovdur.
Bu barədə bizdə heç bir xəbər yoxdu. Təbii ki, komandanı gücləndirəcəyik.
- Tərlan
Əhmədov bildirib ki, sabah nə olacağını bilmir...
- Tərlan müəllim bunu o mənada deməyib. Mən
sizə deyəm ki, komanda gücləndiriləcək.
- Onda demək
olar ki, komanda Avrokuboklara vəsiqə qazanacağı halda büdcə artırılacaq?
- Yox, bu məsələ ondan aslı deyil. Vəsiqə
qazansaq daha da güclənəcəyik. Amma istənilən halda biz 4-5 nəfərlə
sağollaşacağıq və komandaya daha güclü futbolçular gətirəcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |