"Rəqibə qarşı tərbiyəsizlik etmək, komandaya qarşı hörmətsizlik etməkdir"
AZAL Azərbaycan Premyer Liqasının açılış oyununda
doğma meydanda “Neftçi”yə 2 cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir
ki, komandanın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra matç barədə
jurnalistlərin suallarını cavablandırıb:
"Çempionatın startı münasibətilə futbolsevərləri
təbrik edirik. İlk oyun, üstəlik "Neftçi" ilə görüş ağır keçir. Ümumilikdə
komandamdan razı qaldım.
"Futbolçularda ilk oyun həyacanı hiss olunurdu.
Komanda mübarizə apardı. Qarşıda çətin oyunlarımız var. Düşünürəm ki, bu ilki
heyət bir az oturuşmuşdur. Bir neçə futbolçu cəlb etmişik və onlar komandaya
uyğunlaşır. Ruslan Əmircanovun təcrübəsi var. Ancaq yeni gələnlərin hamısını
ilk hissədə meydana buraxmaq olmur. Onun fiziki durumu 90 dəqiqə oynamağa imkan
vermədi. Hücum xəttini düşünürdük. Hər bir futbolçunun meydançada işlətdiyi
ifadə və hərəkətinə hörmətlə yanaşıram. Belə oyunlarda emosiya çox olur. Belə
olanda hər bir söz işlətmək olar. Sayılmayan qolumuz oldu. Hakim nə olduğunu
daha yaxşı gördü. Bizim buraxdığımız qola gəlincə, Elşadın o qədər də təcrübəsi
yoxdur. Bəlkə də oynayanda belə olmamışam, amma çox emosionalam. Bəlkə də
bunlar bir təcrübədir. Zamanla elə komandada işləyə bilərəm ki, belə emosiyalar
olmasın. Klubun vəziyyəti göz qabağındadır. Bəlkə də büdcə baxımından elə
səviyyəli futbolçular gətirəcəm ki, daha rahat olsun. Bizim kimi hakimlərin də
səhvi olur. Elə epizodlar olur ki, səhv hər iki komandaya qarşı olur.
Başqasının işini təhlil etmək zamandır. Futbolu hamı oynaya bilmir, amma hamı analiz edir. Mənim iki hücumçum var - Röyal və Canalidze. "Neftçala" mayda dağıldı, Canalidze səkkiz gündür ki, bizim heyətə qoşulub. Onu necə meydana buraxım? Məcburuq. Bu məbləğə hansı səviyyəli futbolçu gətirə bilərik? Canalidzeyə min manat maaş veririk. Mənim bugünkü hədəfim 4, 5 və 6-cı pillədir. Bacardığımız qədər oynayacağıq. İlk üç pillə desəm yalançı olaram. Bütün futbolçular öz optimal formasını yığandan sonra daha yaxşı AZAL görəcəksiniz. Aşağı dəstədən gələn futbolçuları divizion psixologiyasından çıxarmaq çətindir. Röyalın bəzi epizodlarda soyuqqanlı olması məni sevindirir, ancaq bizə vaxt lazımdır. Təbii ki, onun özünün də istəyi olmalıdır. Ruslan cəzalandı, nəticədə əvəzedici heyətə göndəriləcək. Orada necə oynayacaq, ona məşqçilər nəzarət edəcək. Rəqibə qarşı tərbiyəsizlik etmək, komandaya qarşı hörmətsizlik etməkdir. Digər epizodlarda futbolçuya heç nə deyə bilmərəm. Ancaq belə epizodlarda cəzalanmalıdır".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |