"Qəbələ"nin futbolçusu qızıl medal istəyir
“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 2016-2017-ci illər mövsümündə ilk oyununa çıxacaq. Stadium.Az xəbər verir ki, “Qırmızı-qaralar” Bakıda keçiriləcək görüşdə “Kəpəz”i qəbul edəcək. Klubun yetirməsi Elvin Camalov yeni mövsüm və çempionatın ilk matçı haqda fikirlərini gabalafc.az-a açıqlayıb:
“Bu gün çempionatda ilk matçımıza çıxacağıq. UEFA
Avropa Liqasının ilk üç təsnifat mərhələsini keçdikdən sonra fikrimizi Premyer
Liqaya yönəltmişik. Yeni mövsümdə bir məqsədimiz var ki, bu da çempion
olmaqdır. “Kəpəz”lə görüş bizim üçün qızıl medallar uğrunda mübarizənin
başlanğıcıdır. İlk rəqibimiz olan “Kəpəz”i yaxşı tanıyırıq. Təəssüf ki, bu
komanda avrokuboklarda mübarizəni dayandırdı. Azərbaycanın hər bir klubunun qitəmiqyaslı
turnirlərdə mümkün qədər irəliləməsini istəyirəm. İndi onların da çempionata
yüksək motivasiya ilə hazırlaşdığını düşünürəm. Sabah meydanda əsl mübarizə
olacağına ümid edirəm. Avrokuboklardakı uğurlu oyunlardan sonra motivasiyamız
çox yüksəkdir. Tamamilə qələbəyə köklənmişik. İlk turu 3 xalla başa vurmalıyıq.
Yeganə istəyimiz də budur və qələbə üçün meydana çıxacağıq. Legioner limiti ilə
bağlı UEFA Avropa Liqasından fərqli heyətlə mübarizə aparmalı olacağıq.
İnanmıram ki, bu, hər hansı çətinlik yaratsın”.
“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın
“Maribor” klubu ilə qarşılaşacaq. Püşkün üz-üzə qoyduğu komandalar 2 il əvvəl
Sloveniyadakı təlim-məşq toplanışında da görüşüb. “Qırmızı-qaralar”ın 1:0
hesablı qələbəsinin iştirakçılarından olan Camalov püşkün nəticəsi və qarşıdakı
oyunlar haqda fikirlərini açıqlayıb: “Bu komandaya qarşı oynasaq da, həmin
görüşdən sonra xeyli vaxt keçib. İndiki “Maribor” pley-offa qədər irəliləyibsə,
deməli, güclü komandadır. İnanıram ki, bu rəqibi də mübarizədən kənarlaşdırıb,
ötən mövsümkü tarixi yenidən təkrarlayacağıq. Qrup mərhələsinə vəsiqə qazanmaq
istəyirik ki, bunun üçün də sloveniyalıları məğlub etməliyik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |