Rio-2016: Stadnik gümüş qazandı, Yuliya bürüncü əldən verdi - YENİLƏNİB
Bu gün Rio-2016-da xanım güləşçilərimiz mübarizəyə qoşulacaqlar. Stadium.Az xəbər verir ki, millimizin üzvləri olan Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) döşək üzərinə çıxacaqlar.
48 kq
Mariya Stadnik yarışa 1/8 finaldan
başlayacaq. Onun rəqibi isə argentinalı Alexandra Patrisia Bermudezdir.
Stadnik 41 saniyəyə 10 xal qazanaraq görüşü vaxtından əvvəl qələbəylə başa vurub.
O, 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.
Təmsilçimiz yarımfinalda bolqarıstanlı Elitsa Atanasova Yankova ilə qarşılaşıb. O, rəqibinə heç bir şans verməyib. Görüş başlayan kimi ardıcıl xallarla hesabı 6:0 edən təmsilçimiz daha sonra isə rəqibinin kürəyini xalçaya vuraraq ilk perioddaca təmiz qələbə qazanıb.
Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gələcək. Bu idmançı güləşçimizə tanışdı. Belə ki, 2015-ci il Las-Veqasda keçirilən dünya çempionatının finalında təmsilçimiz məhz Tosakaya məğlub olaraq ikinci olmuşdu. Bu qarşılaşma saat 00:30-da başlayacaq.
Təəssüflər olsun ki, Stadnik 261 hesabda öndə olduğu yarışda sona 3 saniyə qalmış üstünlüyü əldən verərək 3:2 hesabıyla məğlub oldu.
58 kq
Digər güləşçimiz Yuliya Ratkeviç də yarışa 1/8 finaldan başlayacaq. Yuliyanın rəqibi isə ukraynalı Oksana Herheldir. Yuliya çətinliklə də olsa rəqibinə qalib gələ bilib - 7:5
İdmançımız 1/4 finalda kolumbiyalı Jaklin Penteria ilə qüvvəsini sınayıb. O, rəqibinə 7:3 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Ratkeviç yarımfinalda yaponiyalı Kaori İço ilə üz-üzə gələcək.Güləşçimiz rəqibinə 10:0 hesabıyla məğlub olub. O, bürünc üçün güləşəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |