Rio-2016: Şərif Şərifov da bürünc medal qazandı - YENİLƏNİB
Rioda keçirilən Olimpiya Oyunları davam edir. Stadium.Az xəbər verir ki, bu gün daha 2 güləşçimiz mübarizəyə qoşulacaq.
Sərbəst güləş
86 kq
Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verəcək. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirəcək. Qarşılaşma saat 17:25-də başlayacaq.
Əgər o, 1/4 finala yüksələrsə, yarımfinal üçün Mateus Baranovski (Polşa) - Sandro Aminaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
***
İlk dəqiqədən təşəbbüsü ələ alan pəhləvanımız ikinci hissənin əvvəllərində hesabı 10:0-a çatdırıb və vaxtından əvvəl mərhələ adlayıb.
O, 1/4 finalda yarımfinal üçün Mateus Baranovski (Polşa) - Sandro Aminaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
***
Şərif 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə qarşılaşıb. Polşalı güləşçi də həmyerlimizə ciddi müqavimət göstərə bilməyib. Nəticədə görüşü 7:0 hesablı üstünlüklə tamamlayan Şərifov adını yarımfinala yazdırıb.
Güləşçimizin final yolunda son rəqibi dünya və Avropa çempionu, həmçinin "Bakı-2015" Avropa Oyunlarının qalibi Abdulrəşid Sadulayev (Rusiya) olacaq.
***
Şərif Şərifov Abdulrəşid Sadulayevə 8:1 hesabıyla məğlub.
***
Şərifin məğlub olduğu rusiyalı idmançı finala çıxdığından o, bürünc medal uğrunda güləşəcək. Onun sonuncu rəqibi venesuelalı Pedro Francisco Ceballos Fuentes olacaq.
***
Şərif bu dəfə rəqibinə 561 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
125 kq
Ən ağır çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov da turnirə 1/8 finaldan başlayacaq. O, ilk cəhdində ABŞ güləşçisi İvaylov Dlaqnevi sınağa çəkəcək. Qarşılaşma saat 17:45-də start götürəcək.
Pəhləvanımız bu rəqibini geridə qoya bilsə, Robert Baran (Polşa) - Ayal Lazarev (Qırğızıstan) cütünün qalibi ilə qüvvəsini sınayacaq.
***
Dlaqnev sona yaxın ardıcıl 6 xal qazanaraq, qalib gəlib və 1/4 finala adlayıb. Amerikalı güləşçi yarımfinalda İran idmançısına məğlub olduğu üçün Cəmaləddin üçün də Olimpiada yekunlaşıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |