"Neftçi" o tarixi, o möhtəşəm günü bu gün yazmışdı! VİDEO
“Neftçi”nin bir zamanlar bu ölkədə ən sevilən
komanda olduğu dönəmlər çox da uzaqlara getmir. Ölkənin ən köklü klubu Sadıq
Sadıqovun prezidentliyi dönəmində daha da çox sevilməyə başladı. İş ondadır ki,
ardıcıl olaraq 3 dəfə ölkə çempionluğunu bayram edən bu komanda ölkə kubokunu
da qazanmaqla yanaşı, Azərbaycanda tarix yazan həm də ilk klubdur. Təbii ki,
söhbət Avropa arenasından gedir.
“Neftçi” o zaman – düz 4 il əvvəl məhz bu gündə
ölkəmizi təmsil edən xalqın komandası Avropa Liqasında - pley off oyununda səfərdə, Yunan Kiprinin APOEL klubunu 3:1 hesabıyla məğlub edərək qrup mərhələsinə yüksəlməyi
bacarmışdı. Düzdür, son 3 mövsümdə “Qarabağ”, son iki ildə isə “Qəbələ”bu işi
öz öhdəsinə götürüb və bacardıqları qədər də ləyaqətlə yerinə yetirməkdədirlər.
Amma bu tarixi ölkə futboluna “flaqman” hesab
olunan komanda yazdı. Təbii ki, bunda da klubu idarə edən prezidenti Sadıq
Sadıqov, vitse-prezidenti Tahir Süleymanov, İdman Direktoru Güloğlan Cabbarov, baş
məşqçisi Böyükağa Hacıyevin, futbolçuların böyük əməyi var idi. Ancaq hər şeydən
öncə uğurda ən çox önəm sahibi olanlar idarəçilər idi.
İndi Çingiz Abdullayevli, Elnur Məmmədovlu “Neftçi”,
bu klubun saytı, sosial şəbəkədəki kluba aid səhifələri bu uğuru xatrılamaz. Bu
adamların idarə etdiyi - “Neftçi” ölkə çempionatında 6-cı yeri arzu-istəklə
tutaraq Avropa Liqasına gedən, orda da “sillə-təpiklə” geri göndəriən komanda
hara, üçqat ölkə çempionu olan, Avropa Liqasının qrupuna vəsiqə qazanan, “San
Siro”da Milan “İnter”iylə 2:2 oynayan “Neftçi” hara... Fərqi gördüz də? Yəqin məsələdir
ki, görünən dağa bələdçi lazım olmaz...
Çingiz Abdullayevin, Elnur Məmmədovun gözündən
qulağından uzaq, o tarixi gündə ölkədə yaşananları sizə təqdim edirik:
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |