Tuyqun Nadirov: "Xəstəxanadan bizə dedilər ki, Kamranın oynamamağı üçün heç bir ciddi problem yoxdur"
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi:
- “Neftçi” ilə oyunda adı iştirak ərizəsində olmayan əsas qapıçınız Kamran Ağayevin “Xəzər Lənkəran”dan qovulmağı haqda nə deyə bilərsiniz?
- Biz heç kimi qovmamışıq. Kamran komandamızın futbolçusudur. Sadəcə, o, “Neftçi” ilə oyuna çıxmaqdan imtina etdi.
- Bunu nə ilə əlaqələndirdi?
- Ayağında problem olduğunu dedi. Biz də onu həkimə göndərdik. Amma xəstəxanadan bizə dedilər ki, Kamranın oynamamağı üçün heç bir ciddi problem yoxdur.
- Elə isə Kamranın meydanda çıxmaq istəməməyinin səbəbi nədir?
- Səbəb yoxdur. “Neftçi” ilə oyundan klub daxili iclasımız oldu. Bundan sonra Kamran komanda yoldaşlarına zəng edərək, “Xəzər Lənkəran”da oynamaq istəmədiyi kimi fikirlər səsləndirib.
- Onun gələcək taleyi necə olacaq?
- Komandamız “Neftçi” ilə oyundan sonra istirahətə buraxılmayıb. Futbolçular baş məşqçi Mirça Rednikin rəhbərliyi altında sabahdan məşqlərə davam edəcək. Təbii ki, hansısa futbolçu meydana çıxmaqdan boyun qaçırırsa, düzgün hərəkət etmir və ona klub daxili nizam-intizam qaydalarına uyğun sanksiya veriləcək.
- Kamranın bu hərəkətindən sonra qovulmağı gözlənilir?
- Bizim belə fikrimiz yoxdur. Bildiyiniz kimi, Kamran “Bakı” ilə oyunda da səhv etmişdi. Hər bir insanda psixoloji cəhətdən problem olur və biz də qapıçını başa düşdük. Ağayevin “Xəzər Lənkəran”da yaxşı çıxışı, klubumuzun şərəfini yaxşı qoruduğu oyunlar çox olub. İndi Kamranın belə hərəkəti anlaşılmazdır. Niyə imtina etsin? “İnter”lə oyundan öncə də zədə üzündən meydana çıxmamışdı. Klubunun baş həkimi və futbolçunu müayinəyə göndərdiyi tibbi müəssisə var. Onların nə marağı var ki, xəstə adama sağlam desinlər. Kamran “İnter”lə matçdan sonra yığmada oynadı və şükür Allaha, hamı zədəli olmadığını gördü.
- Klubdaxili iclasda futbolçular haqda “Neftçi”yə 0:5 hesablı məğlubiyyətə görə cəzalar olub?
- Bu kimi məsələlər klub daxili Nizam-İntizam Məcəlləsi ilə tənzimlənir və ictimaiyyətə açıqlanmır. Yenə deyirəm ki, Kamranla bağlı biz tərəfdən heç bir problem yoxdur. Ağayevlə müqaviləmiz var və bütün hamıya, o cümlədən onunla bağlı biz tərəfdən bütün öhdəliklər yerinə yetirilir. Təbii ki, futbolçu da bunun qarşılığını verməli, üzərinə düşən vəzifəni yerinə yetirməlidir.
- Bəlkə problem Ağayevlə Rednik arasındadır?
- Nə problem ola bilər ki? Rednik baş məşqçidir, Kamran futbolçu. Futbolçu da baş məşqçinin tapşırıqlarını yerinə yetirməlidir. Əgər futbolçu məşqə, oyuna çıxmaqdan imtina edirsə, bu kimi məsələlərlə bağlı ölçü Nizam-İntizam Məcəlləmizə uyğun götürülür. Kamran nizam-intizamsızlığa görə nəzərdə tutulan cəzaları qəbul etdiyindən, buna uyğun sanksiyaya məruz qalacaq.
- Kamran komandanı çətin vəziyyətdə qoyursa, transferə çıxarıb, birdəfəlik yollarınızı ayırmağı düşünmürsünüz?
- Hələ “transfer pəncərəsi” açılmayıb.
- Yəni, yaxın gələcəkdə...
- Bunu zaman göstərəcək.
- Cari mövsümdə hər 2 məğlubiyyəti Kamranı ehtiyat qapıçınız Kamal Bayramov əvəzləyəndə almısınız. Ağayevin yoxluğunda “tranfser pəncərəsi” açılan müddətə kimi qapıçı sarıdan korluq çəkməyəcəksiniz?
- Əlbəttə, belə davam etsə, yeni qapıçı almaq haqda düşünməyə məcburuq. İndi belə bir şey yoxdur. Əgər Kamranla bağlı hər şey qaydasında olarsa, yolumuzu davam edəcəyik. Kamal gənc qapıçıdır. Aydın məsələdir ki, bir qapıçı 5 oyun ehtiyatda oturub, 1 matçda oynayanda, ondan ideal oyun gözləmək, tələb etmək olmaz.
- Rednik oyundan sonra mətbuat konfransını erkən tərk etməyi təcili ofisə çağırılmağı ilə bağlıdır?
- Klub daxili iclasda təkcə baş məşqçi yox, bütün məşqçilər heyəti, futbolçular iştirak edir.
- Çempionatda 2 həftəlik fasilə yarandığından, komanda bir neçə günlük istirahətə buraxıla bilərdi. Bunun əvəzində artıq sabahdan məşqlərə başlamağı “Neftçi”yə məğlubiyyətə görə tətbiq edilən sanksiya saymaq olar? Ümumiyyətlə, belə məğlubiyyətin səbəbi nədir?
- Bu məğlubiyyət “Xəzər Lənkəran”ın tarixində görünməmiş bir şeydir. Komandamız tarixində heç vaxt belə uduzmadığından, bunun səbəbləri var və aydınlaşdırırıq. Bunlardan biri də hakim səhvidir. Biz başa düşürük ki, “Neftçi”nin futbolçuları meydanda əziyyət çəkib və təmiz qələbələrinə kölgə salmaq istəmirik. Sadəcə, oyunun əvvəlində Rəşad Abdullayevlə Şəhriyar Xəlilovun mübarizəsi zamanı böyük ədalətsizlik oldu. Biz də bununla bağlı fikirlərimizi, iradlarımızı oyunun protokoluna yazmışıq. Bu gün səhər də rəsmi şikayət məktubumuz AFFA-ya göndərdik. Belə nəticə klub rəhbərliyi üçün böyük bir siqnaldır. 0:5 hesablı məğlubiyyətlə bağlı müvafiq ölçülər götürüləcək. Komandanın bu cür uduzandan 1 gün sonra məşqə çıxmağı təbii haldır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |