Ayxan Abbasov: "PULUMUZU VERMƏSƏLƏR, TOVUZA GETMƏYƏCƏYİK" - MÜSAHİBƏ
"Tovuza gedirik, deyirlər pulumuzu Bakıda verəcəklər, Bakıya gəlirik, deyirlər Tovuzda"
"Turan"ın müdafiəçisirnAyxanrnAbbasovunrnStadium.az saytınarnmüsahibəsi:
rnrn"İnter"lərnoyundanrnbirrngün qabaq məşqdərnayağın burxuldu. Qazon pis gündə olduğundan, orada bu normal haldır. Topuğumda zədə var, ən azı bir həftə məşq etməyəcəm. Bir həftədən sonra məşqlərə başlayacam.
rnrn- Düşərgədə ab-hava necədir?
- Düşərgədəki ab-hava maliyyə durumunun düzəlməsiylə düzələ bilər, hələ ki, yaxşı olduğunu söyləmək olmaz. Rəhbərlik söz verib ki, yaxın günlərdə qaydasına düşəcək. Hələ ki, gözləyirik, sabaha, birisügünə verməlidirlər. Bir neçə futbolçunu çıxmaq şərtiylə, çoxluq pul almayıb. Alanlar da 3-4 nəfərdik ki, bir ayın pulunu alıblar.
- Yox, hələ heç nə almamışam.
- Əlbəttə ki. Çempionata pis başlamamışdın, 4 oyuna 6 xal yaxşı nəticə idi. Bundan sonra başladılar ki, pul bu gün veriləcək, sabah veriləcək. Daha sonra qidalanmada, yeməyimizdə problem yarandı. Ardınca bir oyuna getmədik, dedilər vəziyyət düzəlib, getdik Tovuza, 4 xal da topladıq, amma ortada heç nə yoxdur. Ancaq söz verilən mükafatları almışıq.
- Hə, bu barədə dediklərini ediblər.
- Bəs nə vaxta qədər pulsuz oynamaq niyyətindəsiz?
rnrn- Sözün düzü, bu günə kimi oynamağımız səbəbkarı baş məşqçi Əsgər Abdullayevdir. Dedi gəlmişik, dözək, oynayaq, biz də onun sözündən çıxmadıq. Artıq gözləməklə uğursuzluqlar gəlir, biz də bunu istəmirik. Biz rəhbərlikdən böyük pullar istəmirik ki, nəyə söz veriblər, onu versinlər. Belə vəziyyət davam edərsə, komanda heç bir nəticə qazana bilməyəcək. Əsgər müəllimlə də danışdıq ki, daha olmaz belə. Deyir söz veriblərsə edəcəklər. Amma görürük ki, yalandandır. Tovuza gedirik deyirlər pulumuzu Bakıda verəcəklər, Bakıya gəlirik deyirlər Tovuzda. Artıq oynayırlar bizlə. Biz də Əsgər müəllimlə dedik ki, gəlin Bakıya konkret olaraq rəhbərliklə danışın. Belə oynamaqdansa, oynamamaq yaxşıdır. Vəziyyət düzəlməsə eybi yox, bir ay futbolsuz qalıb, fasilədə özümüzə yeni komanda taparıq.
- Qarşıdakı oyuna qədər pul verilməsə, yəqin ki, bu dəfə meydana çıxmayacaqsız?
- Son oyundan qabaq iki gürcü oyunçu çıxıb getdi komandadan. Bizim də fikrimiz belədir ki, pulumu Bakıda verməsələr, Tovuza getməyəcəyik. Gürcülər, o biri legionerlər pullarını ala bilmədilər deyə çıxıb getdilər hamısı. Məncə komanda yaxşı uşaqlardan yığılıb, maliyyə problemini həll etsələr, uğurlu nəticə də qazana bilərik. Oynamaq olan. Uğursuzluğumuzun yeganə səbəbi pulla bağlıdır. Söz verirlər ki, bu oyun, o oyun, o oyundan qabaq, bu oyundan sonra, amma ortada heç nə yoxdur.
- Səncə Əsgər Abdullayev özü pulunu alır?
rnrn- Yox, məncə o da almayıb hələ. Bir ayın pulu verilib, o da bir neçə nəfərə. Həkim, masajist, heç kim pul almayıb. Rəhbərlik deyir təkəm, baxa bilmirəm. Biz də onu (Musa Süleymanovu nəzərdə tutur) qınamırıq, amma belə olacağını bilirdisə, gərək bizə əvvəlcədən deyərdi. Gücü çatmırsa, bunu açıq şəkildə elan edə bilərdi. İlk ayda təklifimiz də vardı, avqustun 31-nə kimi vaxt vardı, amma Əsgər müəllimə görə qaldıq orada.
- Qış fasiləsində komandanı dəyişəcəksən?
rnrn- Dekabrda çempionat qurtarır. Biz hələ də pul ala bilməmişik. Belə çıxır ki, bunlar pulsuz komanda saxlamaq istəyirlər. Səncə belə yerdə qalıb futbol oynamaq olar? Əlbəttə ki, komandamı dəyişmək məcburiyyətindəyəm. Təbii ki, vəziyətrndüzəlməsə.
rnrnElnurrnsöhbətləşdi
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |