Ramin Musayev: "Neftçi" - "Xəzər Lənkəran" oyunun baş hakimi cəzalandırılacaq" - MÜSAHİBƏ
"Klub rəhbərliyi məşqçilərinə hakimliklə bağlı danışmağı qadağan etməlidir"
Peşəkar Futbol liqasının prezidentirnRaminrnMusayevinrnStadium.az saytınarnözəl müsahibəsi:
- Ramin müəllim, əvvəlcərn"Neftçi"rn- "Xəzər Lənkəran" oyunundarnyaşanan qırmızırnvərəqərnolayına münasibətrnbildirməyiniz maraqlıdır...
rnrn- Oyundan dərhal sonra bunun araşdırılmasınarnbaşladıq. Məsələrnondarnidirnki,rnaraşdırma Rəşadın Şəhriyarırnvurması yox, hakimin bunu görüb görməməsi idi. Oyunu videolentə alan PFL-in 5 kamerası ilə bu epizodu təhlil etdik. Və doğurdan da sübuta yetirildi ki, hakim bunu görməyə bilərdi. Çünki həmin anda hakimlə futbolçunun arasında başqa bir oyunçu var. Yan xətt hakiminə gəlincə, həmin an Rəşada arxadan müdaxilə var və bu an yan xatt hakimi bayrağını qaldıraraq qayda pozuntusunu qeydə alır. Və baş hakimə baxır, bu anda isə həmin məqamı qaçırır. Rəşad çox peşəkar futbolçudu, ola bilsin, həmin an rəqib onun köhnə zədəsinə toxunub, onun əsəbləri tarıma çəkilib. Oyun içində belə məqamlar olur.
rnrn- İstənilən halda Rəşad Abdullayevə qırmızı vərəqə verilməli idi. Və "Xəzər Lənkəran" tərəfi də bunu nəticəyə təsir edən səhv kimi qiymətləndirir.
- Mən belə deməzdim. Bunu şişirtməyə ehtiyac yoxdur.
- Bəs Elnur Muradov cəzalandırılacaq?
rnrn- Bu qərarı mən yox, hakimlər Komitəsi verəcək. Amma hər halda, Elnur cəzalandırılacaq. Çünki o oyunun baş hakimidir və bu anı görməli idi. Sadəcə hər şey bir an içində olduğu için o bunu görməyib. Orada futbolçular arasında çəkişmə olmayıb. Buna görə də hakim bunu gözdən qaçırıb. Məsləhətim odur ki, bunu klub da böyütməməlidir. Rəşad vaxtilə "Xəzər Lənkəran" komandasının şərəfini qouyub və mənə elə gəlir ki, bunu layiqincə edib. "Xəzər Lənkəran"ın məğlubiyyətini hakimin ayağına yazmaq düzgün deyil. Amma "Neftçi" - "Xəzər Lənkəran" oyunun baş hakimi cəzalandırılacaq, məncə belə olmalıdır.
rnrn- "Kəpəz" - "Bakı" oyununda baş hakim Elçin Məmmədovun gözdən qaçırdığı iki epizod var ki, oyun zamanı bunların hər ikisində Gəncə klubunun nümayəndələri, bir sözlə hamısı penalti istəyirdi. Həmin epizodlara da baxmısız?
- Bəli baxmışam. Elçin Məmmədov oyunu normal idarə edib. Sadəcə "Kəpəz" klubunun rəhbərliyi hər şeyi yaxşı bilir.
rnrn- Sadəcə "Kəpəz" klubunun rəhbərliyi hər şeyi yaxşı bilir?
- Bəli, sadəcə "Kəpəz" klubunun rəhbərliyi hər şeyi yaxşı bilir ki, komandadakı problem nədir. Burada hakimi günahlandırmağa ehtiyac yoxdur. Mənə elə gəlir ki, klub rəhbərliyi məşqçilərinə hakimliklə bağlı danışmağı qadağan etməlidir. Bu, klubun öz işinə də yarayar. Çünki sonra məşqçilər bundan variant kimi istifadə edirlər. Uduzanda deyirlər bunu hakim etdi. Elə bir oyun yoxdur ki, həmin görüşdə, hakim, məşqçi, oyunçu səhvi olmasın. Hər şeyi hakimlə bağlamaq düzgün deyil.
İndi mənim sözlərimi bəzi yoldaşlır oxuyub başqa cür qiymətləndirəcək. Düzdü, vaxt olub mən də əsəbləşmişəm, dalaşmışam, hakimləri təhqir etmişəm, ancaq hər şey yerində lazımdı. İndi əvvəlki AFFA rəhbərliyinin vaxtı deyil. hazırda AFFA rəhbəri olan Rövnəq Abdullayev hər şeyi yaxşı görür, yaxşı qiymətləndirir. Buna görə də ehtiyac duyulmur ki, kimsə boş yerə cərimələnsin, cəzalansın.
rnrn- Bir neçə gün əvvəl baş tutan ötən çempionatın mükafatlandırma mərasimindən sonra belə fikir formalaşıb ki, PFL mükafatların çoxunu yığıb verdi "Neftçi"yə...
- Bu, PFL-in əlində olsaydı, mükafatları 12 komanda arasında bölərdi. Ancaq elə deyil. PFL-in saytında var. Kimin hansı mükafatın kimə verilməsiylə bağlı şübhəsi varsa desin, bununla bağlı açıqlama verək. Bütün qalibləri siz KİV nümayəndələri seçmisiz. Kimə daha çox səs vermisizsə, o da qalib olub. Desinlər də, akim nə istəyir, danışsın. "Neftçi" çempionluq qazanıb, mən bunu onların əlindən necə alım?
rnrn- Premyer Liqanın ilk dövrəsi arxada qaldı, artıq ikinci dövrə başlayıb. Necə qiymətləndirirsiz?
- Çox yaxşı. Baxmayaraq ki, oyunların çoxu hələ qabaqdadır, çempionat çox gərgin keçir.Sevindirici haldır ki, hazırda birinci altılıq uğrunda 10 komanda mübarizə aparır. İlk on komandanın hamısı bu şansını hələ saxlayır.
rnrn- Arxada qalan müddətdə sizi yaxşı və pis mənada təəccübləndirən komandalar hansılar oldu?
- Belə deməyim yaxşı çıxmaz. Amma "Xəzər Lənkəran"ın "Neftçi"yə 5 cavabsız qolla qalib gəlməsi, "Qarabağ"ın Quzanlıda "Sumqayıt Şəhər"ə uduzmasını heç gözləmirdim. Bunlar sözün həqiqi mənasında məni təəccübləndirdi. Bu da çempionatın bir reallığıdır ki, Sumqayıt klubu azyaşlı uşaqlarla, Avrilaqada öz sözünü deyən bir komandanı məğlub edir. Elərnburnməqam çempionatın şəffav keçməsindənrnxəbər verir.
rnrnVüsal söhbətləşdi
|
||||||||||||||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |