"Neftçi"nin kubokları oğurlanıb, yoxsa daha yaxşı qorunur? - YAZI
Çox vaxt “atalar sözləri”ylə razı olmasam da,
ara-sıra bu rəhmətliklər də düz sözlər deyiblər. Məsələn, “aşığın sözü qurtaranda “daley-daley”
deyər demişlər. Buna oxşar “saqqızı qurtarıb, p.. çiynəyir” sözü də pis deyil.
Arada-bərədə hansısa axmağa aid etmək də olur
bunu.
Axmaqdan söz düşmüşkən, axmaq-axmaq yazılar da
yazılır yenə, mətbuatda. 3-5 manata görə az qala vicdanının dibin eşib satan
insanlar, bu peşənin adına xələl gətrəkdən usanmırlar.
“Neftçi”də vəziyyət bərbaddır. Klubda kimin rəhbər
olması bu aralar bəlli deyil. Klub konkret olaraq “adsız dəyirmandı”. Komanda
üçün əlaqə yaratmaq istədiyimiz Elnur Məmmədov, Çingiz Abdullayev yoxa
çıxıblar. Yəqin, dərin yuxuya gediblər, bir qədər urusca fikirləşirlər ki, sora
ortaya çıxıb Azərbaycanca danışsınlar. Klub bataqlığa dönüb. Kimin zadı kimin
şeyindədir bilinmir. Təbii ki, bu cür soxasoxda fikirləri yayındırmaq da lazımdır.
Bunu isə “Neftçi”də cavabdeh şəxslər mətbuat vasitəsiylə edirlər. Kimsə ortaya
söz atıb ki, sən demə, “Neftçi”nin 18 kuboku var imis, bunun da 5-in klubun eks
prezidenti Sadıq Sadıqov oğurlayıb. Bunu Sadıq Sadıqov, oğurlayıb, oğurlamayıb,
lap cibinə qoyub aparıb, mənə nə? Söhbət də elə bundadır. Bəs sənə nə? Niyə qeyd
etdiyiniz itən 8 kubokdan məhz 5-nin Sadıqovda olduğunu və onun buları oğurladığını
qeyd edirsiz? Düzgün insan yerdə qalan 3 kubokunda haqda olduğunu araşdırmazmı?
Bəs bu mövzunu təlimatlandıran klubdakılar o 3 kubokun harda olduğunu demədilərmi?
Bu ağzıgöyçəklərə demək lazımdır ki, oğurluq
mal gizlində saxlanar, gətirilib hansısa idarədə yuxarı başa qoyulub, hər gələndə
önündə şəkil çəkdirib nümayiş etdirməz? Oğurluq kubok xəlvətdə saxlanar, cənablar!
Bunu bilməmək üçün gərək, 4 ayaqlı balacaboy olasan!
Digər tərəfdən isə “Neftçi” klubuyla Sadıq
Sadıqovun hazırda çalışdığı və rəhbəri olduğu “Neftçi” İctimai Birliyinin
sponsoru SOCAR-dır. Hazırda Sadıq Sadıqovun oturduğu “Neftçi” İctimai Birliyi isə baş idarə hesab
edilir. Odur ki, sahibi bir olan iki qrumun arasında oğurluq da olmaz! Demək, hər
şey nəzarətdədir.
Heç inanmıram da, S.S o kubokları özəlləşdirə.
Sadıq Sadıqovda kifayət qədər Olimpiya medalları, qızılları var, ölkə
çempionluğu və kubokunun kubokunu nə üçün şəxsiləşdirsin ki? Sadıq Sadıqov
ağıllı adamdır. Yəqin, klubdan ayrıldığı zaman bu kuboklara qıymayıb,
itib0-batmasına göz yummayıb. Özüylə
aparıb ki, özündən sonra gələcək xələfi olan Çingiz Abdullayevin tikdirib inşa
etdirəcəyi “Neftçi”nin muzeyinin açılışına gələndə, özüylə klubun dəyərlərini də
gətirsin. Onun bu uzaqgörənliyi olmasa, indi bu koboklar çoxdan itin-qurdun
arasında it-bata düşmüşdü. Necə ki, o ortada olmayan 8 kubokdan 3-nün yerini
bilən yoxdur. Heç olmaya, S.S-də olanlar göz qabağındadır. Kişi, kişi kimi gizlətmir,
kuboku aparsa da, evində gizlətməyib. Baş idarədə başda yerləşdirib.
İndi bax bu məqamda bəzilərinin başına yerləşməlidir ki, oğurluq kubok ortalıqda olmur, gizlində saxlanılır. Necə ki, hazırda Çina özü gizlinə pərçim olub.
P.S. Gərək, gedib şəkildə görünən kuboklarla maraqlanılsın. Baxılsın ki, o kuboklardan, ümumiyyətlə əsas komandaya aid olan var? Ya çoxu eleə uşaq futbolunun yetirmələrinə verilən 100-150 manatlıq oyuncaqlardır?!
Vüsal Hacı
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |