“Böyük Dəbilqə”nin ilk günündə 3 medal
Ötən gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. Stadium.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 4 idmançımız mübarizəyə qoşulub.
“Böyük Dəbilqə”nin ikiqat qalibi Orxan Səfərov (60 kq) mübarizəyə 1/16 finaldan start verib. O, ilk qarşılaşmasında İn Hyuk Çoini (Cənubi Koreya) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Səfərov 1/8 finalda qazaxıstanlı Qusman Kırqızbayevlə üz-üzə gəlib və görüşdən qalib ayrılıb. O, 1/4 finalda fransız Visent Limar da təmsilçimiz üçün keçilməz olmayıb.
Səfərov yarımfinalda Naohisa Tokataya (Yaponiya) məğlub olub. Bürünc medal uğrunda görüşdə braziliyalı Erik Takabatakqalib gələn Orxan mötəbər yarışı bürünc medalla yekunlaşdırıb.
Nicat Şıxəlizadə 1/16 finalda Daqa Qinqla (Çin) qüvvəsini sınayıb və rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Nicat 1/8 finalda Kennet Van Qanskbeklə mübarizə aparıb və bu dəfə də tatamidən qalib ayrılıb. Şıxəlizadə belçikalı cüdoçunu 1 dəqiqə 46 saniyəyə ippona salıb. İdmançımız yarımfinala gedən yolda Anzaur Ardanovla (Rusiya) qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Təsəlliverici görüşlərdə qələbə qazanan Nicat Parisdən "bürünc"lə dönür.
Rüstəm Orucov da “Böyük dəbilqə”yə 1/16 finaldan start verib. O, bu mərhələdə Yeldos Jumaxanovla (Qazaxıstan) döyüşüb. Olimpiya mükafatçımız qarşılaşmasını vaxtından əvvəl bitirib. Rüstəm rəqibinə ipponla qalib gəlib. O, 1/8 finalda portuqaliyalı Jorj Fernandeslə gücünü yoxlayıb. Orucov yenə qələbə qazanıb. Analoji yarışın ikiqat qızıl mükafatçısı 1/4 finalda Saininjiriqara (Çin) üzərində qələbə ilə yarımfinala yüksəlib.
Çanqrim Anla (Cənubi Koreya) yarımfinalın əsas vaxtı bərabərliklə başa çatıb. "Qızıl xal"ı rəqib qazanıb. Rüstəmin bürünc medal uğrunda rəqibi isə həmyerlimiz Hidayət Heydərov olub. Əsas vaxtı 0:0 hesabı ilə başa çatan matçda "qızıl xal"ı Hidayət qazanıb.
Yığmamız yarışa 7 idmançı ilə yollanıb. Daha 3 cüdoçumuz sabah tatamiyə çıxacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |