"Böyük dəbilqə": İll qızılımızı qazandıq, Rüstəm Orucov bürünclə kifayətləndi - YENİLƏNİB
Bakıda
keçirilən ümummilli lider Heydər Əliyev adına cüdo üzrə “Böyük
Dəbilqə" beynəlxalq turniri davam edir.
Stadium.Az
xəbər verir ki, yarışın ikinci günü kişilər arasında 73 kq, 81 kq çəki
dərəcələrində, qadınlarda isə 63 kq, 70 kq çəki dərəcələrində mübarizə aparan
cüdoçular arasında qaliblər müəyyənləşəcək.
***
73 kq
Qızıl medal ümidlərimizdən olan Rüstəm Orucov isə bu şansı əldən verib. Belə ki, Rüstəm 1/4 finalda Riki Nakayaya məğlub olub. O, bürünc medal uğrunda döyüşdə ilk görüşündə ukraynalı Dmitro Kanivetsə qalib gəlib.
Bu çəki dərəcəsində bürünc medal uğrunda mübarizə aparan digər həmyerlimiz Hidayət Heydərov Telman Vəliyevə qalib gəlib.
73 kq çəki dərəcəsində qızıl medal ümidimiz Rüstəm Orucov bürünc medal döyüşündə gürcüstanlı Laşa Şavdatuaşviliylə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Rüstəm qızıl xal hesabına rəqinə qalib gələrək bürünc medal qazanıb.
Digər bürünc döyüşündə isə həmyermiz macarıstanlı Miklos Unqvariylə üz üzə gəlib. Hidayət bu görüşdə məğlub olub.
Bu çəki dərəcəsində final döyüşü isə yaponiyalı Riki Nakaya və monqolustanlı Odbayar Canbaatar arasında olub. Monqol idmançı qalib gələrək qızıl medal qazanıb.
***
81 Kq
Artıq bir idmançımız finaldadır. Belə ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Rüfət İsmayılov bu uğura nail olub. O, yarımfinalda güclü yaponiyalı idmançı Koharaya ipponla qalib gələrək finala yüksəlib.
Rüfət finalda iran idmançısı Said Mollaeiylə qızıl uğrunda güləşəcək.
81 kq çəki dərəcəsində ilk bürünc medalı bolqarıstanlı İvaylo İvanova qalib gələn monqolustanlı Uqanbaatar Otgonbaatar qazanıb.
İkinci bürünc isə yaponiyalı Lenya Koharayla macarıstanlı Atilla Unqvari arasında olub. Bu qarşılaşmada yaponiyalı cüdoçu qalib gəlib.
FİNAL
Finalda isə həmyerlimiz Rüfət İsmayılov İran idmançısı Said Mollaeiylə üz-üzə gəlib. Rüfət qalib gələrərk bu yarışda ölkəmizə ilk qızıl medal qazandırıb.
QADINLAR
63 kq
Qadınların yarışında 63 kq çəki dərəcəsidə bürünc medal döyüşünə çıxan Nərgiz Hacıyeva türkiyəli rəqibi Busra Katıpoğliya ipponla uduzaraq meal qazana bilməyib.
Bu çəki dərəcəsində digər bürünc uğrunda iki həmyerlimiz, Xanım Hüseynovayla Nuriyyə Axundova mübarizə aparıb. Xanım bu döyüşdə qalib gəlib.
Bu çəki dərəcəsində dinal döyüşü isə ingiltərəli Şlesinger Alisiya ilə slovakiyalı Leski Andreya arasında olub. İngiltərəli idmançı qalib gələrək qızıl medal qazanıb.
***
70 kq
70 kq çəki dərəcəsində xanımların yarışında həmyerlimiz Validə Mirzəzadə Bosniya və Herseqovinalı Aleksandra Samardziçlə üz-üzə gəlib. Validə məğlub olub.
Digər bürüncü isə kazaxıstanlı Zereyə qalib gələn xorvatiyalı Barbara Matic qazanıb.
FİNAL
Finalda isə kolumbiyalı Yuri Alvearla Beynəlxalq Cüdo Federasiyasının imançıxı Elvsimar Rodrigez üz-üzə gəlib. Kolumbiyaı cüdoçu 23 saniyəyə rəqibinə ipponla qalib gəlib.
Turnirdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |