Muay Tayçımız dünya çempionu olub
Azərbaycanlı idmançı Cabbar Mustafayev dünya
çempionu olub. Stadium.Az xəbər verir ki, Muay Tay döyüş növünün WMF növü üzrə
Tailandda keçirilən dünya çempionatında Cabbar 4 görüş keçirib.
Mustafayev 63.5 kq çəki dərəcəsində ilk görüşünü Braziliyadan olan döyüşçüyə qarşı keçirib. Rəqibinə
qalib gələn Cabbar ¼ finalda filippinli rəqibini də məğlub edib.
Yarımfinalda isə Cabbarın rəqibi Bolqar Muay Tayçı
olub. Rəqibinə 3:0 hesabıyla qalib gələn təmsilçimiz finala vəsiqə qazanıb.
Finalda isə onun rəqibi güclü rüsiyalı döyüşcüyə qalib gələn əfqanıstanlı Muay
Tayçı olub.
Cabbar finalda da qalib gələrək bu Muay Tayda bu versiya
üzrə ilk dəfə ölkəmizə dünya çempionluğu qazandırıb. Artıq vətənə dönən Cabbar
bu barədə saytımıza açıqlama verib:
“Tailanda getməmişdən əvvəl bu çempionata çox ciddi hazırlaşmışdım. Hazırlıq prosesində şəxsi müəllimim olan Azər Həsənsoya, mənim üzərimdə zəhməti olan Maqsud Allahverdiyev və millimizin baş məşqçisi Şəhriyar İsayev mənə çox kömək oldular. Hər birinə dərin təşəkkürümü bildirirəm.
Məni səfərə aparan Azərbaycan Muay Tay Federasiyasının prezidenti və şəxsi məşqçim olan Azər Həsənsoya da dərin təşəkkürümü bildirirəm ki, bu imkanı mənə yaratdı. İnanın, ümidim vardı, amma tam olaraq inanmırdım. Şükürlər olsun ki, bu arzuma çatdım, özümün, müəllimlərimin, federasiyanın zəhməti yerdə qalmadı. Dünya çempionu olmağımda mənə dəstək olan hər kəsə minnətdaram. Xüsusən də komanda və məşq yoldaşım Alid Məmmədzadəyə də. O da Super Muay Tay Liqasında iştirak etdiyi üçün Tailanda idi. Mənə çox dəstək oldu. İnşallah bundan sonra da maksimum dərəcədə çalışıb daha böyük uğurlar qazanacam. Allaha min şükürlər olsun ki, zəhmətim bəhrəsiz qalmadı”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |