Millimizdən Avropa çempionatının ilk günündə 2 bürünc
Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib. Stadium.Az xəbər verir ki, yarışın ilk günündə fərdi mübarizədə 4 azərbaycanlı cüdoçu tatamiyə çıxıb.
Kişilər
60 kq
Bu çəki dərəcəsində ölkəmiz təmsil edən Orxan Səfərov mübarizəyə 1/8 finaldan start verib. Onun ilk rəqibi Matyaz Trboviç (Slovakiya) olub. Görüş həmyerlimizin vaxtından əvvəl qələbəsi ilə yekunlaşıb. Səfərov yarımfinala gedən yolda rusiyalı Robert Mşvidobadze ilə güləşib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb.
Buna baxmayaraq, Orxan "bürünc" üçün çıxışını davam etdirib. O, təsəlliverici döyüşdə türkiyəli Bəkir Özlü ilə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimizin qələbəsi ilə nəticələnib. Səfərov bürünc medal uğrunda son döyüşünü gürcüstanlı Amiran Papinaşviliyə qarşı keçirib. İdmançımız rəqibini məğlub edərək Avropa çempionatını medalla başa vurub.
66 kq
Qitə birinciliyinin ilk günündə gücünü sınayan ikinci idmançımız Nicat Şıxəlizadə olub. Çempionata 1/16 finaldan başlayan təmsilçimiz ilk olaraq almaniyalı Manuel Şeybeli yolundan kənarlaşdırıb. Cüdoçumuz ikinci qarşılaşmasında Yesper Lefevereni (Belçika) sınağa çəkib. Bu rəqib də Şıxəlizadənin qarşısında tab gətirə bilməyib. İdmançımız ipponla mərhələ adlayıb. O, 1/4 finalda isə Kamil Xan-Maqomedova (Rusiya) qalib gəlib.
Buna baxmayaraq, Nicat yarımfinalda sloveniyalı Adrian Gomboçla dueldən məğlub ayrılıb. Final arzusu baş tutmayan idmançımız bürünc medal qazanmağı bacarıb. Dimitri Minkounu (Belarus) məğlub edən idmançımız yarışı titulla başa vurub.
Qadınlar
48 kq
Yığmamızın lideri Aişə Qurbanlı 1/16 finalda türkiyəli Gülkader Şentürk ilə üz-üzə gəlib. Döyüş cüdoçumuzun qələbəsi ilə başa çatıb. O, 1/8 finalda Eva Csernovijki ilə ilə qüvvəsini sınayıb. O, ipponla uduzaraq, mübarizəni dayandırıb.
52 kq
Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Nəzakət Əzizova da yarışa 1/16 finaldan start verib. Təəssüf ki, o, ilk cəhdində macarıstanlı Reka Puppa məğlub olaraq, yarışla vidalaşıb.
Yığmamız Avropa çempionatına 13 idmançı ilə yollanıb. Onlardan 11-i fərdi yarışlarda mübarizə aparacaqlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |