"Qarabağ" Çempionlar Liqasında ən dəyərli 31-ci klubdur
2017/2018 mövsümündə futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində mübarizə aparacaq 32 komandanın heyətindəki futbolçuların ümumi dəyəri açıqlanıb.
Stadium.Az xəbər verir ki, “Transfermarkt” məbləğin 9,3 milyard avro təşkil etdiyini yazıb.
İspaniya təmsilçisi “Real" turnirin ən dəyərlisidir. ÇL-in son qalibi 774 milyon avroluq kollektivə sahibdir. İkinci sırada digər İspaniya klubu “Barselona”dır - 706,5 milyon avro. 1,46 milyard avroluq C qrupunda Azərbaycan təmsilçisi “Qarabağ”la birgə yer alan İngiltərə çempionu “Çelsi” siyahıda üçüncüdür. London komandasına 614,4 milyon avro qiymət qoyulub.
Ağdam klubu isə 17,2 milyon avroluq heyətlə 31-ci yerdədir. Azərbaycan çempionu yalnız 13,9 milyonluq Sloveniya “Maribor”unu qabaqlayır. Kiprin APOEL komandası isə 30-cu pillədədir - 18,5 milyon avro.
Türkiyə təmsilçisi “Beşiktaş” 126,1 milyon avroluq heyətlə 21-cidir. İstanbul təmsilçisinin G qrupundakı rəqibləri Fransa “Monako”su 252,9 milyon, Almaniyanın “Leyptsiq” komandası 189 milyon, Portuqaliyanın “Portu” kollektivi isə 176,4 milyon avroluq heyətə sahibdir.
ÇL-də mübarizə aparacaq 32 komandanın futbolçuları arasında ən yüksək bazar qiyməti olan “Barcelona”nın kapitanı Lionel Messidir. Argentinalının dəyəri 120 milyon avrodur. Bu isə o deməkdir ki, 30 yaşlı hücumçu qitənin ən nüfuzlu klub turnirində çıxış edəcək 11 klubun ümumi dəyərini kölgədə qoyur.
İkinci sıradakı “Real"ın futbolçusu Kriştianu Ronaldunun qiyməti isə 100 milyon avro təşkil edir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |