Ndlovu yenidən millidə
"Qarabağ" klubunun futbolçusu Dino Ndlovu yenidən Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb.
Stadium.Az xəbər verir ki, baş məşqçi Stüart Bakster 27 yaşlı hücumçunu Seneqalla oyunlara çağırıb.
26 oyunçudan ibarət heyət ilk görüşünü noyabrın 10-da öz meydanında keçirəcək. Bu qarşılaşma əslində ötən il oynanılıb və CAR yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1. Lakin FİFA baş hakimin şübhəli qərarlar verdiyini əsas gətirərək, matçın yenidən keçirilməsinə qərar verib. Nəticədə görüş təxirə salınıb.
Noyabrın 14-də isə Seneqal və CAR Dakarda üz-üzə gələcək. 4 görüşdən sonra Seneqal 8 xalla D qrupuna başçılıq edir. Burkina Faso və Kabo Verde 5 oyundan 6 xal toplayıb. CAR isə 4 oyuna 4 xal toplayıb. Dino Ndlovunun komandası hər iki görüşdə qələbə qazansa, qrup lideri kimi 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
"Qarabağ"ın hücumçusu uzun fasilədən sonra ilk dəfə oktyabrın 7-də Burkina Fasoya qarşı keçirdikləri DÇ-2018-in seçmə qrup matçına çağırılıb. Həmin görüşdə Dino Ndlovu 87-ci dəqiqədə meydana daxil olub. Görüş CAR millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |