Xaqani Məmmədov: "Penalti də, futbolçuya göstərilən sarı vərəqə də düzgün idi"
Bu gün keçirilən "İnter" - "Neftçi" oyununda yenə hakimliklə bağlı mübahisəli məqam oldu. Belə ki, oyunun 53-cü dəqiqəsində "bankirlər"in qapıçısı Georgi Lomaya üzbəüz qaldığı rəqib futbolçunun qarşısını kobudluqla dayandıraraq penaltiyə səbəb olmuşdu. Referi Elçin Məmmədov isə penalti təyin etməklə yanaşı, Lomayanı yalnız sarı vərəqə ilə cəzalandırdı. Çoxları isə Gürcü qapıçının "qırmızı" ilə cəzalanmalı olduğunu bildirirdi. Məsləyə aydınlıq gətirmək üçün Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla əlaqə saxladıq. Məmmədov isə Stadium.az -a açıqlamasında belə danışdı: "Birmənalı olaraq deyə bilərəm ki, həmin epizodda hakim doğru qərar qəbul etmişdi. Penalti də, futbolçuya göstərilən sarı vərəqə də düzgün idi. Hakim həmin epizodda qapıçıya qırmızı vərəqə verməməli idi. Qaydalara görə, fetbolçu qapıçı ilə təkbətək qalarkən və qapıçıdan topu keçirən zaman topun istiqaməti qapıdan sağ və ya sol tərəfədirsə, vərəqə sarı olmalıdır. Yox, belə məqamda istiqamət sağ və ya sol cinahdan, mərkəzdən qapı istiqamətindədirsə, onda qırmızı vərəqə göstərilir".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |