"Qəbələ" və Dabo üçün əlamətdar oyun
Azərbaycan Premyer Liqasının XIII turunun “Kəpəz”lə səfər oyununda 2 qol vuran Baqali Dabo “Qəbələ”nin tarixində ən məhsuldar oyunçular siyahısında “Top-5”ə daxil olub.
Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, hesabında 19 qol olan hücumçu 4-5-ci yerləri Daniel Subotiçlə bölüşür. Yalnız üç futbolçu - Viktor Mendi (33), Dodo (30) və Rövşən Əhmədov (20) daha çox qol vurub. Premyer Liqada 15-ci dəfə fərqlənən Baqali UEFA Avropa Liqasında 3, Azərbaycan kubokunda 1 qola sevinib.
Baqali Dabo “Qəbələ”nin tarixində ən çox dubl edən futbolçu adına yiyələnib. “Kəpəz”lə qarşılaşmada 2 dəfə fərqlənən hücumçu “qırmızı-qara” formada 5-ci dublunu rəsmiləşdirib. Bununla da Dabo 4 dəfə dubl edən Kənan Kərimovu arxada qoyub. Baqali ötən mövsüm 1 dəfə Premyer Liqa, 1 dəfə UEFA Avropa Liqasında, cari mövsümdə isə 3 dəfə Premyer Liqada bir oyuna 2 qol vurub. O, həm də bir çempionatda 3 dubla imza atan ilk “Qəbələ”lidir.
“Kəpəz”lə qarşılaşmanın 26-cı saniyəsində hesabı açan Baqali Dabo mövsümün ən erkən qoluna imza atıb. O, “Qəbələ”nin tarixinə 1-ci dəqiqədə qol vuran 3-cü futbolçu kimi düşüb. Lakin Dodo və Yannik Kamanan ev oyununda bunu bacarmışdısa, Dabo klub tarixinə ən erkən səfər qolunun müəllifi kimi düşüb.
Yannik Kamanan - 23.02.2013. “Qəbələ” - “Xəzər Lənkəran” - 2:0
Dodo - 04.10.2015. “Qəbələ” - “Xəzər Lənkəran” - 6:0
Baqali Dabo - 25.11.2017. “Kəpəz” - “Qəbələ” - 1:6
Gəncədə qazanılan nəticə “Qəbələ”nin tarixində 45-ci, Premyer Liqada 25-ci böyükhesablı qələbə olub. “Qırmızı-qaralar” səfərdə 17-ci belə uğura imza atıb ki, onlardan 11-i Premyer Liqaya təsadüf edib.
“Qəbələ” tarixində 8-ci dəfə bir oyunda 6 və ya daha çox qol vurub. Həm də 5 və ya daha çox fərq qeydə alınan matçlardan 3-ü səfərdə baş tutub. Premyer Liqada 4 belə qələbəsi olan “Qəbələ” 3-cü dəfə rəqib meydanında qalib gəlib. Ümumiyyətlə, daha böyük fərqli qələbələri olan “qırmızı-qaralar” ilk dəfə 5 top fərqilə üstün olub.
11.11.2007. “Gənclərbirliyi” - “Qəbələ” - 0:6
04.10.2015. “Qəbələ” - “Xəzər Lənkəran” - 6:0
10.09.2016. “Neftçi” - “Qəbələ” - 0:8
25.11.2017. “Kəpəz” - “Qəbələ” - 1:6
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |