Sudanda “Al-Hilal” futbol klubunun azarkeşləri ölkə çempionatının XXXVI turunun “Al Merreikh” ilə ev oyunu zamanı üzərində Adolf Hitlerin rəsmi olan böyük plakat açıblar. Stadium.Az xəbər verir ki, Omdurman şəhərini təmsil edən komandanın fanatları bunu sutkanın qaranlıq vaxtı etikləri üçün plakatı fişənglər vasitəsi ilə işıqlandırıblar.
Hüquq-mühafizə orqanları iğtişaş baş verməməsi üçün olaya müdaxilə etməyiblər. Telekanalar isə sosial şəbəkələrdə yayılan hadisənin görüntülərinin yer aldığı kadrları təqdim etməyiblər. Bununla yanaşı, futbolçular tribunaya yaxınlaşaraq plakatın yığışıdırılmasını və fişənglərin söndürülməsini tələb ediblər.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Əl-Hilal” Sudanın ən titullu klublarından biridir. Omdurman təmsilçisi iki dəfə Afrika Çempionlar Liqasının finalçısı olub və 27 titula sahibdir.