Hafiz Məmmədov - 53
Ad gününüz mübarək!
Bu gün "Bakı" futbol klubunun prezidenti Hafiz Məcid oğlu Məmmədovun ad günüdü.
Stadium.Az xəbər verir ki, klubun kollektivi bu münasibətlə hamımızın sevimlisi, qayğıkeş vətəndaş, güclü idarəçi və soyuqqanlı insan Hafiz müəllimi təbrik edir, ona möhkəm can sağlığı və daha böyük uğurlar arzulayır. Hafiz müəllim sadəliyi və hər bir məsələyə diqqətli yanaşması ilə minlərlə həmvətənimizin qəlbini fəth edib.
İndi onun fəaliiyəti ölkə sərhədlərini aşaraq qlobal miqyas almaqdadı. Hafiz Məmmədovun amalı “hər şey Azərbaycanın çiçəklənməsi və inkişafı naminə” şüarı ilə tam uzlaşır. Təsadüfi deyildir ki, dövlət başçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini özünəməxsus iradə və sədaqətlə dəstəkləyən Hafiz Məmmədov iş adamları və hər bir azərbaycanlı üçün nümunəyə çevrilib.
Bu gün artıq Azərbaycan futbolunun sədaları Avropadan gəlir. Hafiz Məmmədovun təşəbbüsü və dəstəyi ilə 5 gənc futbolçumuz İspaniyanın "Atletiko" Madrid klubunun düşərgəsində uzunmüddətli təlim keçir. Son aylar ərzində yeniyetmələrdən ibarət 2 komandamız Fransanın "Lans" klubunun bazasında təlim-məşq toplanışında iştirak edib. Bu fəaliyyət artan xətlə davam edir. Hafiz Məmmədov Azərbaycan futbolunun gələcəyinə sərmayə qoymaqla yaxın zamanlarda ölkəmizi ləyaqətlə təmsil edəcək milli futbolçularımızın yetişməsində əvəzsiz rol oynayır.
Land of Fire Azerbaijan və Baku-2015 titul reklamları ilə Odlar Yurdunu bütün dünyaya tanıtmaq naminə addımlar atır. Bunlar Hafiz Məmmədovun futbola olan diqqət və qayğısının kiçik epizodlarıdır. Möhtərəm prezident cənab İlham Əliyevin "Azərbaycanda 2005-2015-ci illər ərzində futbolun inkişafı barədə" imzaladığı Dövlət Proqramının uğurla həyata keçirilməsində öncül rolunu oynayan Hafiz müəllim yenilikçi və novator təfəkkürü ilə Azərbaycan bayrağını Avropada dalğalandırır, ölkəmizi və onun gözəl xalqını təbliğ edir. Bunlara görə Hafiz Məmmədova Azərbaycan futolsevərləri, azarkeşlər, milli futbolumuzu sevənlər və dəstəkləyən adından xüsusi təşəkkürümüzü bildiririk.
Hafiz Məcid oğlu Məmmədov 2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 2004-cü ilin Noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Hafiz Məmmədov eyni zamanda "Baghlan Group FZCO” şirkətinin prezidentidi. Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır. Ailəlidi, 3 övladı var.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |