Ndlovu: “Final fitinə qədər oyunun içində idim"
“Çelsi” ilə oyun karyeramda özümü məktəbə yeni başlayan uşaq kimi hiss etdiyim məqamlardandı. Başa düşdüm ki, bu matçda olmaq üçün üzərimdə dayanmadan çalışmışam”.
Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu deyib.
Qış transfer dönəmində Çinin II liqa təmsilçisi “Xançjou Qrintaun”a keçən CAR millisinin üzvü xarici mətbuata müsahibə verib.
“Qarabağ”dakı karyerasından da danışan Ndlovu Ağdam klubunun heyətində keçirdiyi önəmli oyunları yada salıb. O, söhbət əsnasında Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə səfərdə keçirdikləri qarşılaşmaya toxunub:
“Final fitinə qədər oyunun içində idim. Paltardəyişmə otağına gedəndə insanların reaksiyasını gördüm. Bu uğuru Azərbaycanda təmtəraqla qeyd etdilər. İnsanlar həmin gecə yatmaq istəmirdilər. Çünki bizim bu nailiyyətimizi bayram edirdilər. Bakıda bunları görəndə özümü vurmağa başladım ki, ayıl, tarix yazmışıq. Əksər insanlar Azərbaycan barədə məlumatlı olmasalar da, həmin uğurdan sonra Kopenhagendən qayıdanda hava limanında bizi qarşılamaları məni heyrətləndirdi. Xeyli sayda adam bizi qarşılamağa gəlmişdi. Bu, karyeramın ən yaxşı anlarından biri idi”.
Bu gün 28 yaşını qeyd edən Ndlovu futbolçu həyatında imza atdığı uğurlarda ailəsinin böyük rol oynadığını söyləyib: “Onlar xoşbəxt olanda mən də özümü xoşbəxt hiss edirəm. Bir məqam oldu ki, karyeramla bağlı verdiyim qərarlardan ailəm əziyyət çəkdi. Həmin vaxt güzgünün qarşısında dayanıb özümə sual verdim: karyeramı davam etdirmək baxımından düzgün addım atıram? Bu, futbolçu həyatımda həlledici rol oynadı və Avropaya getməyi qərara aldım. Həmin andan həyat mənim üçün çiçəkləndi”.
“Qarabağ”ın sabiq forvardı qitənin ən mötəbər klub turnirində iştirakın karyerasında xüsusi olduğunu vurğulayıb: “Çempionlar Liqasında oynamaq, İtaliya, İngiltərə, İspaniya, Almaniya və Fransa liqalarının çempionları ilə eyni turnirdə yarışmaq insanı xoşbəxt edir. Onların böyük təcrübəsi olsa da, siz həm öz, həm də klubun tarixində ilk dəfə belə bir yarışa qatılırsınız. Buna görə də bizi nə gözlədiyini bilmirdik. Amma mən qrupdakı çıxışımızdan razıyam. Düzdü, növbəti mərhələyə adlaya bilmədik. Ancaq debüt ilimizdə 2 xal toplamağı bacardıq. Ən yaxşı oyunumuzu göstərdik, heç kimdən qorxmadıq və digər klublar bizi qəbul etdilər”.
Dino Ndlovu “Qarabağ”a 2016-cı ildə “Anortosis”dən keçmişdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |