"Yuventus"un müdafiəçisi Corco Kyellini İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırıla bilər. Stadium.Az xəbər verir ki, təcrübəli futbolçu "Torino"ya qarşı derbi oyununda (1:0) rəqib hücumçu Andrea Belottini yumruqla vurub.
Kyellini bunu top uğrunda mübarizə fonunda etdiyindən epizod hakimin gözündən qaçıb. Amma həmin hərəkət kameraların obyektivindən qaçmayıb.