"Neftçi"nin prezidentindən baş məşqisinə hörmətsizlik
"Neftçi"nin ən böyük azad azarkeş səhifələrindən biri olan "Neftchi Baku Fan Page" izləyicilər arasında sorğu keçirib.
Stadium.Az xəbər verir ki, səhifənin adminləri azarkeşlərə Tərlan Əhmədovun postuna qalıb-qalmaması ilə bağlı sual ünvanlayıb. Fanatların çox hissəsi Əhmədovun vəzifəsində qalmasını istəyib. Onu "Neftçi"də görmək istəməyənlər də var.
Nə qədər qəribə olsa da, azarkeşlərin sorğusunda iştirak edənlər arasında "ağ-qaralar"ın prezidenti Kamran Quliyev də var. Bir müddət əvvəl "Sumqayıt"ı "Neftçi"yə dəyişən Quliyev Əhmədova "getsin" deyib. Mətbuata verdiyi açıqlamalarda Tərlan Əhmədovun arxasında olduğunu bildirən klub prezidenti azarkeş sorğusunda baş məşqçini göndərir. Özü də belə bir vaxtda...
Görünən odur ki, Kamran Quliyev "Neftçi"nin nə qədər ciddi klub olduğunun fərqində deyil. Deməli, mətbuatda "Neftçi" rəhbərliyi ilə Tərlan Əhmədovun arasında soyuq, hətta gərgin münasibətlərin olması ilə bağlı yayılan xəbərlər doğrudu.
Məsələ ilə bağlı baş verənləri müzakirə etmək üçün Kamran Quliyevlə əlaqə saxlamağa çalışdıq. Qələbələr zamanı jurnalistlərin qarşısına çıxan, komanda məğlub olanda isə susmağı üstün tutan Quliyevlə əlaqə qurmaq cəhdlərimiz uğursuz alındı. Anar Şabanoğlunun məlum istefasından sonra klubun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilən Rüstəm Allahverdiyev mayın 15-də işə başlayacağından sözügedən departamentlə də əlaqə saxlamaq mümkün olmadı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |