Kurtuanın nifrət etdiyi "Real"a keçdi haqda
Futbolçuların tansferi adi hal sayılır. Düzdür, bəzi transferlərdə problemlər baş verə bilir, narazılıqlar olur.
Stadium.Az xəbər verir ki, "Çelsi"dən ayrılan qapıçı Tibo Kurtuanın transferi isə qalmaqallı və əziyyətli oldu. Bu keçidin rahat başa gəlməyəcəyi əvvəlcədən bəlli idi. Kurtua hələ Belçika millisi dünya çempionatına getməzdən əvvəl problemi anons etmişdi: “Mundialdan sonra məni kimsə "Çelsi"də saxlaya bilməz”.
Bu, qalmaqalın başlanmasına işarə idi.
Bir həftə sonra isə Tibo alovlanan ocağa benzin tökdü: “Dünya çempionatından 8-9 gün sonra qərarımı açıqlayacağam. Hansı komandaya keçəcəyimi özüm təyin edəcəyəm. Bu məsələyə kimsə qarışa bilməz”.
Amma Kurtua danışmadı. Dünya çempionatı başa çatsa da, belçikalı qapıçıdan səs çıxmadı.
London klubunun yeni məşqçisi Maurisio Sarri məsələyə aydınlıq gətirmək üçün qolkiperin agentinə üz tutmalı oldu. Qapıçını klubda saxlamağa çalışan məşqçinin “Kurtuanın fikri nədir? Klubda qalır,yoxsa gedir”sualına agent Kristof Qenrotaydan cavab gəldi. “Tibo qərarını verib. "Çelsi"dən ayrılır. Hesab edir ki, Real onun üçün ən yaxşı variantdır. Kurtua Madriddə yaşayan ailəsinin yanında olmaq istəyir. "Çlesi" klubu "Real"dan gələn təklifi qəbul etməlidir”, -deyə agent bildirmişdi.
Agentin dediklərini “əhəmiyyətsiz kəlmələr” adlandıran Sarri hər şeyi Kurtuanın dilindən eşitmək istəyirdi. Amma alınmadı. Belçikalı qolkiper məzuniyyətdən sonra kluba dönmədi. Tibo üsyan edirdi. Məşqləri buraxan Kurtua 200 min funt cərimələndi. Üsyan dayanmadı. Növbəti gün "Real"ın futbolkasını bağrına basan qolkiper Madriddə yaşayan ailəsinə görə “kral klubu”nu seçdiyini bəyan etdi.
Yeri gəlmişkən qeyd edək ki, "Çelsi" Kurtuanın karyerasında üçüncü, üsyan etdiyi klublar sırasında isə ikincidir. Qapıçının hərəkətləri "Çelsi" azarkeşlərində ona qarşı nifrət yaratmışdı. Fanatlardan üzr istəməsi nifrəti azaltmadı. Belçikalı "Real"ın fanatlarından da üzr istəməli oldu. Bu, səbəsiz deyildi. 2013–cü ildə "Atletiko" ilə İspaniya kubokunu qazanan Kurtua uca səslə "Real"ın ünvanına təhqirlər demişdi. Beləliklə, Tibo Kurtua artıq "Real"ın formasını geyinir. Yəqin ki, madridli fanatlar onun təhqirlərini zaman- zaman unudacaqlar. "Çelsi" fanatları isə Kurtuanın xəyanətini (klubun fanatları bu transferi xəyanət kimi qəbul edirlər) unutmayacaqlar. Tibonun agenti bu addımın ailəyə yaxın olmaq üçün atıldığını deyir:
“Kurtua çətin vəziyyətdə idi. "Real"dan gələn təklifi dəyərləndirməyə çalışırdı. Bəzən stress keçirirdi. Transferin alınmayacağından qorxurdu. Ailəsinə yaxın olmaq istəyirdi. London klubundan ayrılmasında başqa bir səbəb axtarmayın”. Agentin bu transferi ailə ilə baglaması inandırıcı görünmür. Çünki Kurtua Madriddə yaşayan Adriana ilə xeyli müddətdir ki, boşanıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |