"Mançester Yunayted"in yarımmüdafiəçisi Maruan Fellaini cəzalandırıla bilər. Stadium.Az xəbər verir ki, ötən gün İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən "Mançester Yunayted" - Arsenal (2-2) qarşılaşması zamanı Maruan Fellaini qonaqların futbolçusu Matteo Gündüziyə qarşı kobud hərəkətlə yadda qalıb.
Belçikalı futbolçu rəqibin qarşısını almaq üçün onun saçından tutaraq qaydanı pozub. Oyunun hakimi cərimə zərbəsi təyin etsə də, Fellainiyə sarı vərəqə göstərməyib. İngiltərə mətbuatı isə qeyd edir ki, Fellaini ən azı 3 oyunluq disklafikasiya olunmalıdır.
2016-cı ildə "Lester"in müdafiəçisi Robert Hat məhz Fellainin saçında tutaraq saxladığına görə 3 oyunluq disklafikasiya olunmuşdur.