"Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu Almaniyaya qayıtmağa hazırlaşır. Stadium.Az xəbər verir ki, Türkiyə millisinin üzvü hazırkı komandasından ayrılacaq.
Maddi baxımdan problem yaşayan "rossonerilər" qış fasiləsində Çalhanoğlunu satmağı planlaşdırırlar. 24 yaşlı futbolçu üçün Bundesliqadan artıq bir rəsmi təklif də gəlib. Belə ki, "Liepziq" bu məsələ ilə bağlı İtaliya klubunun qapısını döyüb. Çalhanoğlunun ilkin razılığını alan almanlar qarşı tərəfə 20 milyon avro təklif edib.
Hakan Çalhanoğlu cari mövsüm ərzində 20 oyuna cəmi 1 qol vura bilib.