Azərbaycanın olimpiya çempionu çəki dərəcəsini dəyişdi
Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov yeni çəki dərəcəsində mübarizə aparacaq.
Stadium.Az xəbər verir ki, bu barədə 27 yaşlı idmançının şəxsi məşqçisi Elçin Zeynalov məlumat verib. Zeynalovun sözlərinə görə, Əsgərovun dünya çempionatında və lisenziya qazanacağı təqdirdə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında 74 kq çəki dərəcəsində çıxış etmə ehtimalı böyükdür: "Hazırda Toğrulun çəkisi 70-71 kq-dır. Buna uyğun olimpiya çəkiləri 65 kq və 74 kq-dır. 65 kq-da yığmanın digər üzvü - 3 qat dünya və Avropa çempionu Hacı Əliyevin çıxış edəcəyi, Əsgərovun isə 74 kq çəkiyə keçəcəyi gözlənilir. Son qərarı isə millinin baş məşqçisi Saypulla Absaidov verəcək".
Təcrübəli mütəxəssis yetirməsinin hazırkı durumu haqqında da danışıb. O, güləşçinin kollektivlə məşqlərə başladığını vurğulayıb: "Absaidovla danışdım. O da idmançının durumunun yaxşı olduğunu dedi. Toğrul söz verib ki, 14 - 22 sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında və Tokio olimpiadasında uğur qazanacaq. Onun mündialda yaxşı nəticə göstərəcəyinə və 2020-ci il Yay Olimpiya Oyunlarında Azərbaycan xalqını sevindirəcəyinə inanıram".
Toğrul Əsgərov zədə səbəbindən Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında iştirak edə bilməyib. 2012-ci il London Olimpiya Oyunlarında 60 kq-da qızıl medal qazanmış güləşçi çəki dərəcələri dəyişdikdən sonra bütün yarışlarda, o cümlədən, "Rio-2016"da 65 kq-da mübarizə aparıb. Əsgərov "Bakı 2015" I Avropa Oyunlarının qalibi, son olimpiadanın isə gümüş mükafatçısı olub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |