Gerye "Qarabağ"dan gedir - ÖZÜ AÇIQLADI
2018/19 mövsümünün sonunda “Qarabağ”la 2 illik müqaviləsi başa çatan Donald Gerye gələcək karyerası haqda danışıb.
Stadium.Az xəbər verir ki, Haitili yarımmüdafiəçi açıqlamasında Ağdam klubundan ayrılacağını deyib. Millinin düşərgəsində olduğu üçün ətraflı danışa bilməyən 30 yaşlı futbolçu müxbirimizin “Qarabağ”da qalacaqsınızmı?” sualına qısaca olaraq, “Yox” deyə cavab verib.
Ağdam klubu ilə müqavilə şərtlərində razılığa gələ bilmədiyini söyləyən Gerye ölkəmizdə başqa komandanın formasını geyinə bilər. Təcrübəli oyunçunun sözlərinə görə, yerli klublarımızın birindən təklif alıb.
Əldə etdiyimiz xəbərə görə, "Qarabağ" futbolçuya yeni təklif irəli sürüb. Amma o, klubdan daha artıq pul istədiyindən tərəflər razılığa gələ bilməyib.
Gerye “Qarabağ”a 2017-ci ilin yayında keçmişdi və komandanın əsas oyunçusu olmuşdu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |