Pedro Rodriges Bakıda iki rekord birdən vuraraq futbol tarixində bunu bacaran yeganə futbolçu oldu
"Bu titulu qazanmaq möhtəşəm hissdir. Biz bunu haqq etdik. Artıq təqaüdə çıxa bilərəm". Stadium.Az xəbər verir ki, bunu İngiltərənin "Çelsi" komandasının futbolçusu Pedro Rodriges Avropa Liqasının Bakıda keçirilən finalında "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
31 yaşlı hücumçu bu turnirdə ilk cəhdə titula sahib olduğunu bildirib. O, final matçında qol vurduğu üçün xoşbəxt olduğunu deyib:
"İndi bunu qələbəyə layiq olan azarkeşlərlə qeyd etməliyik. Finalda çox yaxşı oynadıq və qollar vurduq. Oyun ilk hissədə bərabər səviyyədə idi. İkinci yarıda isə topa nəzarət etdik və qol epizodları yaratdıq".
Pedro Rodriges final qarşılaşmasında komandasının ikinci qoluna imza atıb. O, tarixdə klub və milli üçün əsas sayılan bütün titulları qazanan yeganə futbolçu olub. Təcrübəli oyunçu İspaniya milli komandası ilə dünya və Avropa çempionluğunu, "Barselona" ilə Çempionlar Liqasını, UEFA Super Kubokunu, klublararası dünya çempionluğunu qazanıb. İspaniyalı futbolçu Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunun finalında fərqlənməyi bacaran futbolçu kimi də tarixə düşüb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |