"Qarabağ" ÇL oyunlarını harda oynayacaq?
2019/20 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Stadium.Az xəbər verir ki, Ağdam təmsilçisi təsnifat mərhələlərində irəliləyəcəyi təqdirdə bütün rəqiblərini bu arenada qəbul etmək niyyətindədi. Amma Qurban Qurbanovun komandası ikinci təsnifat mərhələsinə yüksəlsə, bu halda ev oyununu Bakıdakı başqa bir arenada qəbul etmək məcburiyyətində qalacaq.
Həmin mərhələnin ilk görüşləri 22-23, cavab görüşləri 29-30 iyulda olacaq. Bu müddətdə - 20-28 iyul tarixində Bakıda Avropa Gənclər Olimpiya Festivalı təşkil ediləcək və bir neçə yarış Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Turnirlər üst-üstə düşdüyündən, hətta cavab görüşü Bakıda olsa belə, “Qarabağ” təkrar matça texniki olaraq hazırlığı yekunlaşdıra bilməyəcək. Bu səbəbdən komanda ikinci mərhələnin Bakıdakı görüşünü başqa bir stadionda keçirməli olacaq.
Məlumata görə, klub ikinci mərhələnin oyunu üçün UEFA-ya Mərdəkandakı “Dalğa Arena”nı sifariş etməyi düşünür. Digər kiçik ehtimal kimi “Azersun Arena” da var. Lakin arenanın ot örtüyündə müəyyən problemlər olduğundan hazırkı durumda ən real variant kimi “Dalğa Arena” görünür. Hazırda bu yöndə klub işlər aparır.
Ağdam klubu avrokuboklarda ikinci mərhələnin ev oyununu əzəli rəqibi “Neftçi”nin meydançası – 8-ci km stadionunda keçirməyi isə düşünmür.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |