Qurban Qurbanov: "Zədəsi ağırdır"
"Futbolçuları təbrik edirəm. Hər matç bizim üçün vacibdir. Oyunçular nizam-intizamı saxladılar. Rəqibə və baş məşqçiləri Sənan Qurbanova uğurlar arzulayıram. Ola bilər ki, onlarda hər hansı bir dəyişikliklər olub".
Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının II turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, görüşdə 2-ci qolun müəllifi olan yeni transfer Maqaye Qeyenin hələ formada olmadığını bildirib: "Araz Abdullayev görüşdə həvəssiz deyildi. Maqaye Qeyenin yaxşı keyfiyyətlərini bu gün gördüm. Hazırda formasından uzaqdır. Oyunçular bir-birini yaxşı başa düşdülər. Qarşıda daha da yaxşı Maqaye Qeye görə bilərik".
Qurbanov zədəli oyunçuların durumu haqda da danışıb: "Bədavi Hüseynov fərdi məşqləri gücləndirib. Hələ ki, hazır deyil və bir az düzəlib. O, iki dəfə ardıcıl zədə aldı. Buna görə də diqqətli olmalıyıq. Yığmanın fasiləsindən sonra onu meydanda görə bilərik. Filib Ozobiç isə 2 ay olmayacaq. İndi Xorvatiyadadır. Bir neçə həkimlə məsləhətləşdik. Zədəsi ağırdır. Düşünürəm ki, əməliyyat olunmayacaq və bir aydan sonra fərdi məşqlərə başla bilər".
Çalışdırıcı heyətə yeni yarımmüdafiəçi cəlb etmək istədiklərini əlavə edib: "Biz transfer axtarışındayıq. Yarımmüdafiəçi istəyirik. Avropa Liqasının qrupuna düşsək də, düşməsək də orta xəttə oyunçu istəyirik".
Qurbanov gənc oyunçu İsmayıl İbrahimli haqqında müsbət fikirlər səsləndirib: "Onunla bağlı fikrim pozitivdir. Oyun üslubumuza tam uyğundur. Amma iki oyunda meydanda olmaq tam hazır olmaq demək deyil. Daha çox işləməlidir. İsmayılın futbol mentaliteti yaxşıdır. Bizim kollektivə uyğun futbolçudur".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |