"Linfild"in baş məşqçisi: "Qarabağ” bizdən fərqli, tam peşəkar komandadır"
“Linfild”in baş məşqçisi Devid Hili Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”a cavab görüşündən (1:2) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ” hər iki oyunda bizdən güclü idi. Bunu hamı gördü. “Qarabağ”ın güclü olduğunu qəbul edir və onların qəəbəyə layiq olduğunu düşünürük. Onlara qrupda uğurlar arzulayıram.
- Oyun ərzində hakimlikdən narazı olduğunuz hiss olunurdu. Sizi nə narazı salırdı?
- Bəzən əhvalın pis olanda narazılıq olur. İkinci qolun ofsayd olub-olmadığı mənim üçün qaranlıq qaldı. Hakimin idarəçiliyi məni təəccübləndirdi. 50-50-yə olan epizodlarda ev sahiblərinin xeyrinə qərar verdi.
- Necə fikirləşirsiz, “Linfild” qrupa düşsəydi, futbol ilahəsi özünü asardımı?
- Rəqibin daha yaxşı olduğunu qəbul edirik. Amma göstərdikləri oyuna görə futbolçularımla fəxr edirəm. Qrupda olmaq istərdik. “Qarabağ”a uğurlar arzulayıram.
- Sanki komandanızda oyun bütövlüyü yox idi.
- Belfastdakı oyunu izləmisinizsə, bu sualı verməməlisiniz. “Qarabağ” bizdən fərqli, tam peşəkar komandadır.
- Belfasta qədər uzun yol qət edəcəksiniz. Təyyarədə ən çox kimi və nəyi xatırlayacaqsınız?
- Bakını xatırlayacam. Burda çox gözəl münasibətlə qarşılaşdıq. “Qarabağ”a təşəkkür etmək və uğurlar arzulamaq istəyirəm.
- Hər iki oyunda “Qarabağ” üstün olsa da, çətinliklə qalib gəldi. Rəqiblə başabaş mübarizə aparmağı hansı keyfiyyət sayəsində bacardınız?
- Bilirdik ki, topa çox yiyələnə bilmərik və mübarizə aparmalıyıq. Yarıhəvəskar komandayıq. Bunun fonunda güclü komandaya qarşı çox yaxşı mübarizə apardıq. İmkanlarımız bura qədər idi.
- Sizcə, bu gün ən yaxşı oyunçunuz kim idi?
- Bir nəfəri seçmək çətindir. Komanda hər xətdə mübarizə apardı. Daha çox orta sahədəkilər və qapıçılar seçildi. “Qarabağ”dan isə Zubir və Almeydanın hərəsinə 1 milyon verməyə dəyər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |