"Qarabağ" Makedoniya millisinin üzvün aldı
«Qarabağ» qış fasiləsi dönəmində 3-cü transferini rəsmiləşdirib. Stadium.az xəbər verir ki, Vaqif Cavadov, Eltun Yaqublunun ardınca Ağdam təmsilçisi 3-cü yeni adla daha da gücləndib. Komanda öz siyasətinə uyğun olaraq gənc və milli üzvünü sıralarına qatıb. «Qarabağ» Makedoniya millisinin pleymeykeri Muarem Muaremi ölkəsinin «Rabotniçki» klubundan transfer edib. 23 yaşlı futbolçuyla 3,5 illik müqavilə bağlanıb. Türk əsilli Makedoniya vətəndaşı ölkəsinin bütün aşağı yaş qruplarının formasını geyindikdən sonra hazırda əsas millisinin heyətində müntəzəm olaraq meydana çıxır. Muarrem müqavilə imzaladıqdan sonra klubun rəsmi saytına danışıb: “Qarabağ» kimi böyük camiəyə gəldiyimə görə çox məmnunam. Bu komandadan təklif gələndə düşünmədən razılıq verdim. Biliriəm ki, «Qarabağ» Azərbaycanın ən böyük komandalarından biridir. Makedoniya futbolunun əfsanələrindən Artim Şakiri bu klubda oynayıb. Avrokuboklarda uğurlu çıxışından da xəbərim var. 2 il bundan öncə «Qarabağ» Avropa Liqasında «Metallurq»la qarşılaşanda ölkəmdəki oyunu stadionda izləmişdim. O zaman olduqca texnikalı, baxımlı futbol oynayan komanda olduğu bilinirdi. Mən də belə oyun üslubunu sevirəm. «Qarabağ»da hədəfim ilk növbədə çempion olmaqdır. Bilirəm ki, uzun müddətdi çempion ola bilmirik. Deyirlər ki, ayağım yüngüldü (gülür.) «Orduspor» da uzun müddət Super Liqaya həsrət qalmışdı. Bu sindroma son qoya bildik. «Qarabağ»ın futbolçularından Nedzipi və Pavloviçi öncədən tanıyırdım. Bilirəm ki, yeni komandamda çoxlu milli üzvü var. Göründüyü kimi yüksək səviyyəli komandamız var. İnşallah, «Qarabağ»ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Azarkeşlərimiz bilsin ki, meydanda «Qarabağ»ın qazanması üçün çalışan Muarem görəcəklər».
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |