"Barselona"da aləm qarışdı: Məşqçi futbolçuları təhqir etdi
“Barselona”da heyət daxilində aləm qarışıb. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Kike Setyenin köməkçisi Eder Serabiya ilə futbolçular arasında gərgin anlar yaşanıb.
Ederin oyunçuları uyğunsuz hərəkət və ifadələrlə təhqir etdiyi bildirilir. Serabiya “Real”la “El-Klassiko”dan sonra bir neçə futbolçunu təhqir edib. Eder matçın gedişatında texniki zonadan qışqırmaqla “Barselona”nın hücumçusu Antuan Qrizamanın anasına söyüb. Bu isə efirə düşüb.
O, həmçinin oyunundan razı qalmadığı Jerar Pikeni, Ter Ştegeni, Arturu, Nelson Samedonu, eləcə də “Real”ın hücumçusu Benzemanın ünvanına təhqiramız ifadələr işlədib. Setyen özü də əsəbi reaksiyalar verib. Amma köməkçisi kimi təhqir səsləndirməyib.
Həmin matçdan sonra kapitan Lionel Messinin Ederə etiraz etdiyi bildirib. O da qeyd edilir ki, bu oyuna qədər yeni məşqçilərlə futbolçular arasında heç bir problem olmayıb.
“Marca” qəzetinin bu gün yazdığına görə, Setyen jurnalistlərə açıqlamasında köməkçisinin hərəkəti səbəbindən bütün məqçilər heyətin adından üzr istəyib:
“Əlbəttə, biz onunla danışmışıq. Bu məsələni həll etməyə çalışırıq. Eder bunun üzərində işləyir. Mən də daxil olmaqla məşqçilərimiz baş verənlərə görə üzrxahlıq edib. Bütün hallarda bu, mənim səhvimdir. Gərək hər şeyi nəzarətdə saxlayım. Bu məsələ mənə çox təsir göstərib və narahat edib. Biz məşqçiləri pis oyuna, doğru olmayan əvəzetməyə görə tənqid etmək olar. Amma etik davranışa görə... Eder emosional oğlandır. Bu, yaxşı haldır. Amma o, özünü aparmaq qaydasını öyrənməlidir. Çünki belə hallar daha əvvəl də baş verib. Texniki zonada biz klubu təmsil edirik və hərəkətlərimiz də yaxşı olmalıdır”.
Son aylar “Barselona” daxilindəki ilk problem deyil. Daha əvvəl Lionel Messi ilə klubun idman direktoru Erik Abidal arasında problem yaranmışdı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |