Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Federasiya prezidenti: "Bu, çox böyük nailiyyətdir"
20.02.2012 | 5267 dəfə oxunub
Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi AFFA-nın saytına müsahibə verib. Stadium.az həmin müsahibəni diqqətinizə çatdırır:
- Azərbaycanda çimərlik futbolu 2008-ci ildən etibarən inkişaf mərhələsinə qədəm qoydu. Ötən dövr ərzində bu sahədə görülən işlər barədə nə deyə bilərsiniz?
- Qeyd etdiyiniz kimi, 2008-ci ildə AFFA-dakı rəhbər dəyişikliyindən sonra çimərlik futboluna xüsusi diqqət yetirilməyə başlandı. Bu günə qədər də çimərlik futbolunun inkişafı üçün işlər görülür, sərmayələr qoyulur, yeni meydançalar salınır. Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzində çimərlik futbolu üçün stadion inşa olunub. Həmin stadionda beynəlxalq turnir və avrokubok oyunları keçirmişik. AFFA rəhbərliyi çimərlik futbolunu daim diqqət mərkəzində saxlayır və bu cür gözəl münasibət bizi çox sevindirir.
- Çimərlik Futbol Federasiyası tərəfindən son 4 ildə hansı işlər görülüb?
- Fəaliyyətə başladığımız ilk dövrlərdən bu günə qədər axtarışdayıq. Çimərlik futbolunun fərqli üslubu, fərqli oyun qaydaları var. Əvvəllər futbolun bu növü bizdə inkişaf etmədiyinə görə yeni futbolçuların axtarışında idik. Uzun axtarışlardan sonra heyəti müəyyənləşdirdik. Son illər ərzində bizimlə birlikdə olan futbolçular var. Bir neçə məşqçi ilə sıx əməkdaşlığımız olub. Əvvəlcə braziliyalı mütəxəssis Enrike Qustavo Silvanın xidmətindən yararlandıq. Belə demək mümkünsə, ölkəmizdə çimərlik futbolunun inkişafının təməlini o qoyub. Onun təcrübəsi və bacarığı sayəsində, futbolçuların da əzmkarlığı ilə avrokubok oyunlarında 3-cü yeri tutduq. Daha sonra Rusiyadan dəvət etdiyimiz həmyerlimiz Emin Cabbarovla anlaşdıq. Emin müəllim milli komandamıza yeniliklər gətirdi. Millinin formalaşmasında, bugünkü səviyyəyə çatmasında onun çox böyük əməyi olub. Cabbarovun rəhbərlik etdiyi dövrdə komandamız iki il ardıcıl Avroliqanın B divizionuna yüksəldi. Artıq milliyə yerli mütəxəssis Bəhram Hətəmov rəhbərlik edir. Bəhram müəllim çimərlik futbolunda fəaliyyətimizin ilk günlərindən bizimlə birlikdədir. Komandanın formalaşmasında Qustavo Silva və Emin Cabbarova dəstək verən şəxslərdəndir. Onların köməkçisi olub, seleksiyaçı-məşqçi funksiyasını yerinə yetirib.
Ötən il qərara aldıq ki, milli komandaya yeni oyunçular dəvət edək. Demək olar ki, komandanın 80 faizi gənc oyunçulardan təşkil olunmuşdu. Bunun nəticəsində bir neçə yarışda istədiyimiz nəticəni əldə edə bilmədik. Bu ildən gənclərlə yanaşı təcrübəli futbolçuların da milli komandada çıxış etməsinə qərar verdik. Bu məqsədlə Zeynal Zeynalovla Hikmət Bağırovu yenidən milli komandaya dəvət etdik. Gördüyünüz kimi, bu qərar Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş beynəlxalq turnirdə öz bəhrəsini verdi. Millimiz keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq turnirin qalibi oldu.
- Azərbaycan yığmasının bu müddət ərzində göstərdiyi nəticələrdən razısınızmı?
- Hazırda Avropa reytinqində 12-ci yerdəyik. Bu, çox böyük nailiyyətdir. Elə komandalar var ki, 10 ildən çoxdur çimərlik futbolunda mübarizə aparırlar, ancaq o pilləyə yüksələ bilməyiblər.
- Qarşıya qoyulan məqsədlər nədən ibarətdir?
- Cari ildə bir çox planımız var. Bildiyiniz kimi, bu il dünya çempionatının seçmə mərhələsinin oyunları olacaq. Eyni zamanda, bizi avrokubok oyunları gözləyir. Əlimizdən gələni edəcəyik ki, Avroliqada B-dən A divizionuna yüksələk. Polşa və Rusiyada beynəlxalq turnirə qatılmaq planımız var.
- Respublika Prezidenti tərəfindən 2012-ci il Azərbaycanda «İdman ili» elan olunub. Bununla əlaqədar Azərbaycanda çimərlik futbolu üzrə beynəlxalq turnirin keçirilməsi nəzərdə tutulubmu?
- AFFA rəhbərliyinə müraciət etmişik ki, ölkəmizdə beynəlxalq turnir təşkil edək. Bunun üçün hər cür şəraitimiz var. Bu il Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatı ərəfəsində ölkəmizdə beynəlxalq turnirin keçirilməsi məqsədəuyğun olardı. Yeni oyunçuların axtarışını davam etdiririk. Ehtiyat qüvvəni artırmağa ehtiyac duyuruq. Düşünürəm ki, milliyə dəvət olunacaq yeni futbolçuları bu cür yarışlarda nəzərdən keçirmək olar. Türkiyə, Polşa, Rusiya, Ukrayna, Qazaxıstan, İran, Bəhreyn və digər ölkələrə dəvət göndərməyimiz nəzərdə tutulub.
- Azərbaycanda çimərlik futboluna maraq, kütləvilik sizi qane edirmi?
- Ölkəmizdə dənizkənarı ərazilər çoxluq təşkil edir. İnsanlar yay mövsümündə çimərliklərdə qum üzərində futbol oynayırlar. İndiyədək həvəskar şəkildə çempionatlar keçirmişik. Hazırda 52-dək həvəskar komanda var. 3 ildir keçirdiyimiz yarışlarda futbolun bu növünə nə qədər maraq göstərldiyinin şahidi olmuşuq. Əlbəttə, bu hal bizi sevindirməyə bilməz. Çalışırıq ki, komandalar üçün hər cür şərait yaradaq. Təkcə Bakıda deyil, Sumqayıtda, Lənkəranda da regional turnirlər keçirilir. Artıq yarışların peşəkar səviyyədə keçirilməsinə çalışırıq. Bu məqsədlə bir çox klublara müraciət ünvanlamışıq. Klubların nəzdində çimərlik komandalarının yaradılması və çempionatda iştirak etməsinə səy göstəririk. Sevindirici haldır ki, bu məsləyə müsbət yanaşan klublar var.
- Milli komandamız Rusiyanın Saknt-Peterburq şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edərək çempion oldu. Turnir barədə nə deyə bilərsiniz?
- Hər il təşkil olunan bir yarışdır. İlk dəfə ötən il bu turnirdə iştirak etdik. Turnirdə Rusiya klubları ilə yanaşı müxtəlif ölkələrin milli komandaları da mübarizə aparırdı. Ötən il bu turnirdə 5-ci olmuşduq. Bu il isə təcrübəli futbolçuların da köməkliyi ilə keçirdiyimiz oyunlarda maksimum nəticə əldə etdik və finala vəsiqə qazandıq. Finalda isə Polşa yığması ilə qarşılaşdıq. Prinsipial idman mübarizəsi şəraitində keçən qarşılaşmanı 1:0 hesabı ilə qalib tamamladıq. Bildiyiniz kimi, çimərlik futbolunda bu cür hesab nadir hallarda qeydə alınır. Bu da oyunun gərgin keçməsindən xəbər verir.
- Yayda bir çox mühüm turnirlər start götürəcək. Bu yarışlarda hədəfiniz nə olacaq?
- Əlbəttə, əsas məqsədimiz dünya çempionatının seçmə mərhələsində uğurlu çıxış etməkdir. Artıq 2 ildir seçmə oyunlarda iştirak edirik. Milli komandanın qarşısına qoyulan əsas məqsəd DÇ-nin final mərhələsinə vəsiqə qazanmaqdır. Beynəlxalq yarışlara qatılmağımız, ölkə xaricində təlim-məşq toplanışı keçməyimiz, güclü rəqiblərlə yoxlama görüşlərində qüvvəmizi sınamağımızın məqsədi milli komandanı vacib turnirlərə hazırlamaqdır.
- Qeyd etdiyiniz nəticələri qazanmaq üçün yaradılan şərait sizi qane edirmi?
- AFFA Futbol Mərkəzində inşa olunmuş çimərlik futbolu stadionu regionda yeganədir. Bu AFFA rəhbərliyinin çimərlik futboluna göstərdiyi diqqət və qayğının aşkar nümunəsidir. Assosiasiya rəhbərliyi milli komandamızın ölkə xaricinə təlim-məşq toplanışları keçirməsi, beynəlxalq yarışlarda iştirak etməsi üçün hər cür şərait yaradır. Yeganə istəyimiz qapalı meydançamızın olmasıdır. Belə meydançamız olsa, bütün il ərzində həm məşqlər, həm də turnirlər keçirə bilərik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |