Dubayda millinin futbolçularından biabırçı hərəkət - FOTO
Fevralın 21-dən (martın 1-dək) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-toplanışda olan Azərbaycan millisi nəzərdə tutulan 3 yoxlama matçından birini srağagün keçirdi. Dünya futbol xəritəsində olmayan Sinqapur millisiylə 2:2 oynayıb, sərt tənqidlərə məruz qalan yığmamızın, deyəsən, heç nə vecinə deyil.
Bunu sizə təqdim etdiyimiz fotoda görmək olar. Stadium.az xəbər verir ki, millinin əvəzedici qapıçısı Andrey Popoviçin "odnoklassniki" sosial şəbəkəsindəkki şəxsi hesabında yerləşdirdiyi bu fotonu təqdim edir.
Millinin üzvləri sanki bayram əhval-ruhiyəsində məskunlaşdıqları otelin foyesində şəkil çəkdirir, əylənirlər. Bura otelin əyləncə zalı - bardı.
Fotoda soldan sağa: Vladimir Levin ("İnter"), Branimir Subaşiç ("Xəzər Lənkəran"), Ufuk Budak ("Frayburq"), Aleksandr Çertoqanov ("Qəbələ") və Andrey Popoviçdi ("Sumqayıt").
Siz Vladimir Levinin əlində siqareti görürsüz?
- Onun, nə vaxtdan siqareyt çəkdiyini bilmirik, ancaq siqaret əlində, şəkil çəkdirməyini gördük, göstərdik.
Bəs Subasiçin badəsində hansı içkinin olduğunu bilirsiz?
- Bu, brendi adlı içkidi. Konyak tərkibli, alkoqol dərəcəsi 40-60 % arasında olan içki növü.
Bu arada sizə futbolçuların adlarına bir də diqqət yetirməyi məsləhət görürük.
Fotonun ümumi aurasından millinin 5 futbolçusunun yaxşı əhval ruhiyyədə olduğu aydın görünür.
Bu fotonu Popoviç dünən - Sinqapurla bərbad oyunun səhəri gün yayınlayıb. Yəqin hal-qəziyyə o qədər xoş imiş ki, fotodakı idmançıya yaraşmayan detalların olduğunu da görməyib.
Görəsən millinin qeyri-milli oyunçuları şad-xürrəm; məğlubiyyətə brabər heç-heçəni qeyd edirlərmi?
AFFA-nın baş kativi Elxan Məmmədov hər açıqlamasında ünvanımıza ittiham səsləndirib, yazdıqlarımızla millinin inkişafını istəmədiyimizi, bu prosesə mane olduğumuzu deyir. Ancaq biz güman etmirik ki, yazdıqlarımız zərərlidi. Bunlar faktlardan ibarət məqalələrdi.
Biabırçı faktlara izah tapmaq lazımdı.
Təəssüf, insanlar güman edir ki, problemlər həll olunacaq. Yaxud həll üçün cəhdlər var. Ancaq cəhd yoxdu, üstəlik millidəki anarxiyanın getdikcə daha da böyüməyini görürük. Artıq aydın görünür ki, pul sarıdan heç bir problemi olmayan AFFA-nın digər çox ciddi problemi var - pullarla davranış problemi.
Gəlin sual verək: bu milli, bu AFFA, bu da futbolumuz - belə hara gedir?
P.S. Millidə daha bir neçə futbolçunun da siqaret çəkdiyi, alkoqolluiçki içdiyi bizə sirr deyil. Faktlarla göstmrək daha yaxşı olar deyə, hələ onlardan söhbət açmırıq.
Yuxarıda sözügedən fotonu sosial şəbəkədə paylaşan Andrey Popoviç:
|
||||||||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |