“Sileks”in baş məşqçisi: "İzlədiyim oyunlarla müqayisədə əvvəlki “Qarabağ”ı görmədim"
“Sileks”in baş məşqçisi Qoran Simov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a uduzduqları oyundan (0:4) sonra mətbuat konfransında oyun haqda danışıb, jurnalistlərin suallarını cavablandırıb:
- Məncə, oyuna yaxşı başladıq. “Qarabağ” çox güclü komandadır. Cəsarətli, ağıllı oynamağa çalışdıq. 2-3 qol şansımız oldu. “Qarabağ” elə komandadır ki, rəqibin səhvindən asanlıqla istifadə edir. Məmnun olmadığım məqam hesabın böyük olmasıdır. Hakimlikdən də narazı qaldığımızı deməliyəm. “Qarabağ”ı qrup mərhələsində görmək istərdim.
- Hakimlikdən narazı qaldığınızı dediniz. Konkret nədən narazısınız?
- Narazılığım ikinci qolla bağlı idi. Epizod gözümün qarşısında oldu. Oyunçu yerdə olsa da, top əlinə dəydi. Həmçinin qapıçımız da cərimə meydanına ötürmə zamanı qaydanın pozulduğunu dedi.
- Dünən bildirdiniz ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bu gün meydanda şirləri gördünüz?
- Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bəzi anlarda rəqibə cərimə meydanına girmək imkanı vermədik. “Qarabağ” böyük klubdur, biz isə balaca komandayıq. Bu oyunu cəsarət və irəli atılmış addım kimi sayıram.
- Meydanda öncədən gözlədiyiniz “Qarabağ”ı gördünüz?
- İzlədiyim oyunlarla müqayisədə əvvəlki “Qarabağ”ı görmədim. Xüsusən də, Abdullah Zubir olduqca texnikalı futbolçudur. Ancaq bu gün həmin oyununu göstərmədi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |