Fatih Terim: "Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq"
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Neftçi"yə qalib gəldikləri oyundan (3:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna nəzarət bizdə idi. Matça əla başlamışdıq. Futbolçularımdan razıyam. Yaxşı mübarizə apardılar. Xeyli qol epizodumuz oldu. Qolu da “ölü top”dan buraxdıq. Bəlkə də, futbolçularım növbəti matçı düşünürdülər.
- Gözlədiyimiz start heyəti olmadı. Bu, nə ilə bağlı idi?
- Üç dəyişiklik haqqımız var. Dörd nəfərə də istirahət verdik. Bəzilərinin oynamasına ehtiyac var idi. 6-7 futbolçumuz nisbətən istirahət etmiş oldu. Bu gün doğru rotasiya oldu. Onsuz da heç vaxt medianın gözlədiyi heyət meydana çıxmır. Bəzən bunu etmək məcburiyyətindəyik. Rotasiya vacibdir. Futbolçuların nə qədər hazır olduğunu gördük. Məqsəd mərhələ keçmək idi, buna da nail olduq.
- "Neftçi"nin oyunu barədə nə düşünürsünüz?
- "Neftçi" yaxşı komandadır, yaxşı mübarizə apardı. Bizə yüksək tempdə cavab verdilər. Onlara uğurlar arzulayıram. Bizim oyuna nəzarət etməyimiz kimi normal heç nə yoxdur. Bizim qələbə qazanmağımız sürpriz deyil. Biz uduzsaydıq və ya daha zəif oynasaydıq, bu, sürpriz olardı. Amma meydanda "dişli" bir rəqib gördük.
- Azərbaycanın qonaqpərvərliyi və baş məşqçi kimi 500-cü oyununuz barədə nə deyə bilərsiniz?
- Azərbaycana təşəkkür edirəm. Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq. Onlar bizim qardaşımızdır. Bu gün 500-cü oyunum idi. Bunu sözlərlə ifadə etmək çox çətindir. Yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokuboklarda da 100-cü qələbədir. Danışanda asan gələ bilər, amma bu rəqəmlər asan başa gəlmədi.
- Dünən "Neftçi"nin heyətində bəyəndiyiniz futbolçuları qeyd etmişdiz. İndi hansı fikirdəsiz?
- Dünən rahat bir oyuna baxdıqdan sonrakı fikirlərimi bildirmişdim. Bu gün isə öz komandamın oyununa yönəlmişdim. Ona görə də "Neftçi" barədə nəsə deyə bilmərəm.
- Jesse Sekidika vaxtilə "Neftçi"də baxışda olsa da, bəyənilməyib. Siz onu hansı xüsusiyyətinə görə bəyənmisiniz?
- Biz bəyənmişik. Olur belə şeylər. Bəzən kimisə bəyənmirsiz, amma qısa müddətdə inkişaf edir. Gənc futbolçular üçün tez qərar verməmək lazımdır. Bəyəndiyimiz üçün transfer etmişik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |