Samir Abbasov: "Xahiş edirəm, günah onu qapıya qoyandadır"
“Uduzandan sonra nəsə demək çətindir. Çox yaxşı oyun keçdi. Matçın üstündə çox dayanmayacağam".
Stadium.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə” ilə keçirilən oyundan (0:1) sonra deyib.
43 yaşlı mütəxəssis qapıçı Səlahət Ağayevin kobud səhvi nəticəsində buraxdıqları qolu belə şərh edib: "Bizim həddindən artıq azarkeşlərimiz var. Onlara müraciət edirəm ki, Səlahət Ağayevin üstünə çox düşməsinlər. Xahiş edirəm, günah onu qapıya qoyandadır. Öz komandamıza görə onun üstünə düşməyək. Təcrübəsi var, onun da səhv etməsi normaldır. Azarkeşlərdən xahiş edirəm ki, yazılarımıza diqqət edək. Bizim azarkeş qruplarımız böyükdür. Qapıçının üstünə düşməyək. Onda günah yoxdur. Bundan sonra komandamıza çətin olacaq. "Zirə" müdafiəyə meyil etdi. Amma nəticəni dəyişə bilmədik. Monroz və Lavalla bağlı problem var. Hücumçu da ala bilməmişik".
Abasovun sözlərinə görə, rəqib bu gün Sabir Buqrinin oyununu uğurla bağlayıb: "Necə edə bilərik? İkinci Buqrinimiz yoxdur. Yenə şans 50 faizdir. Özümüzə inanırıq. Riçard Almeyda ayağını tutanda futbolçulara dedim ki, topu kənara çıxarın. Ona görə mübahisə yarandı. Görüşdə çox qol epizodları yaratmadıq. Topun biri dirəkdən qayıtdı. Həqiqətən yaxşı oynadıq. Məncə, heç-heçə ədalətli olardı”.
Baş məşqçi görüşdə zədələnənən kapitan Emin Mahmudovun durumu haqda da danışıb: “Emin əvvəl müdafiəyə yaxın oynayırdı, indi isə hücuma meyil etməsini istəyirik. Dodağı partladı, tikiş atılıb. Görüşün ikinci hissəsində daha dinamik oynadıq. Çempionatda ikinci pilləyə düşməyimiz bizdə inamsızlıq yaratmır”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |