Canni De Byazi: "Taktiki baxımdan maraqlı oyun olacaq"
“İlk oyunumuz qrupun güclü komandasına qarşı olacaq. Yaxşı, gənc futbolçulardan təşkil olunmuş komandamız var. Hər biri keyfiyyətli, bizim üçün dəyərli oyunçulardır".
Stadium.Az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində sabah Portuqaliya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis rəqibin ad-sanına baxmayaraq, futbolçularımızın qoxmamalaı olduğunu bildirib: "Daha çox birlikdə oynamalıyıq. Bizə vaxt lazımdır. Rəqib isə daha təcrübəli komandadır. Məşqlərdə üzərində çalışdıqlarımızı meydanda yerinə yetirməklə ilk xalımızı qazanmağa çalışacağıq. Portuqaliya yığması ilə oyunda onlara boşluq verməməliyik. Onların nəyə qadir olduqlarını bilirik. Oyunda passiv olmamalıyıq, qorxmamalıyıq. Bizim üçün çox çətin imtahan olacaq. Meydanda istədiyimizi reallaşdırsaq, yaxşı oyun nümayiş etdirə bilərik.
Sabah Ronaldonun “evində” oynayacağıq. Taktiki baxımdan maraqlı oyun olacaq. Necə hazırlaşdığımızı sabahkı oyunda görəcəyik”.
Martın 24-də "Yuventus"un stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtilə saat 23:45-də başlayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |