"İnter" təsnifat mərhələsinə bu cür yekun vurdu
Bakının “İnter” klubunun rəsmi internet saytı Premyer Liqanın təsnifat mərhələsinin yekunları ilə bağlı statistik yazı hazırlayıb. Stadium.az xəbər verir ki, arxada qalan 22 turla bağlı maraqlı faktların yer aldığı yazıda oyunlar, xallar, futbolçular və seriyalar əks olunub.
Oyunlar və xallar: Beləliklə, 22 matçda “İnter” 45 xal topladı və birinciliyin təsnifat mərhələsini ikinci yerdə başa vurdu. 22 oyunda komanda 11 qələbə qazandı, 6 qarşılaşmada heç-heçə oynadı, 3 oyundasa meydanı məğlub tərk etdi (onlardan biri texniki məğlubiyyətdir). Kaxaber Sxadadzenin yetirmələri 21 qol vurdular və 10 qol buraxdılar ki, bunlarından 3-ü “Bakı” klubundan alınan texniki məğlubiyyət sayəsində qeydə alındı.
“İnter” 11 ev oyununda 22 xal topladı, bunlardan 6-da qələbə qazandı, 4-də heç-heçə oynadı və yalnız bir dəfə məğlub oldu. Vurulan və buraxılan toplar arasında fərq 10:6-dır. 11 səfər matçında komanda 23 xal topladı, 7 qarşılaşmada qalib gəldi, 2 dəfə sülh imzaladı və iki dəfə rəqibinə məğlub oldu. Top fərqi 11:4-dür.
Futbolçular: Sxadadze 22 qarşılaşmada 23 futbolçunun xidmətindən istifadə etdi. Hamıdan daha çox meydanda qalmaq Valeri Abramidzeyə məxsusdur - 1890 dəqiqə. Bütün oyunlarda iştirak etmiş yeganə futbolçu Nizami Hacıyevdir. “İnter”in ən yaxşı bombardiri 5 qolla Baçana Sxadadzedir. 3 qolu öz aktivinə Nizami yazdı, Vladimir Levin, Samir Zərgərov, İlia Kandelaki və Elnur Abdulov isə hərəyə 2 qol vurdular.
Mövsümün rekordu: “İnter” bəzi göstəricilərdə mövsümün rekordçusudur. Belə ki, komanda 17 matçı əhatə edən çempionatın ən uzun sürmüş məğlubiyyətsizlik seriyasının müəllifi oldu. Bundan başqa, buraxılan top sayına görə də “İnter” mövsümün lideridir. Sxadadzenin yetirmələri hamıdan az qol buraxdılar - 10. Bunun da 3-ü “Bakı” klubundan alınan texniki məğlubiyyət sayəsində qeydə alındı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |