Azərbaycan – Fələstin oyununun nəticəsinin ləğv olunma “reklamı” Elxan Məmmədovu 20 min manat ziyana salıb
Azərbaycan millisinin Dubayda təşkil olunan sonuncu təlim-məşq toplanışı barədə şok xəbər əldə etmişik. Stadium.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, millimizin Fələstinə 2:0 hesabı ilə uduzduğu oyunun nəticəsinin FİFA-nın siyahısından çıxarılmasına AFFA-nın baş katibi Elxan Məmmədov nail olub.
Məlumatda
bildirilir ki, böyük pulların xərcləndiyi Dubay yoplanışında millimizin Fələstinə
uduzması gözlənilmədiyindən, 2:0 hesablı məğlubiyyət AFFA rəhbərliyində şok
yaradıb. Elxan Məmmədovla Berti Foqts Fələstin məğlubiyyətinə görə federasiya
prezidenti Rövnəq Abdullayevin qəzəbinə tuş gəldiyindən, onlar bir yerdə
çalışaraq vəziyyətdən çıxa biliblər. Baş katiblə münasibətləri yaxşı olan FİFA
rəsmilərinin Azərbaycan – Fələstin oyununun nəticəsini ləğv etməsində Foqtsun
ali futbol qrumundakı dostlarının da köməyi olub. Bununla da oyunun nəticəsi ləğv
olunub və baş katiblə baş məşqçi bu yolla Rövnəq Abdullayevin qəzəbindən qaça
biliblər. Təni sonda məğlubiyyətin günahkarı baş hakim olaraq qalıb.
Məsələnin digər
tərəfi isə bu olayın – Azərbaycan - Fələstin oyununun nəticəsinin ləğv olunması
barədə xəbərin ölkə mətbuatında böyük təbliğat olaraq aparılması oldu. Məsələ
ondadır ki, Elxan Məmmədov bu xəbərin kütləvi olaraq sayt, qəzet və
telekanallarda yayılması üçün 20 min manat pul xərcləyib. Məsələnin ilginc tərəfi
fə elə budur.
Yəni Məmmədov
vəzifəsində qalması üçün hər yola əl atıb.
Məhz bundan
sonra bir neçə gün əvvəl baş tutan AFFA İcraiyyə Komitəsinin iclasında Məmmədovun
müqaviləsinin uzadılması barədə AFFA rəhbərliyi tərəfindən qərar qəbul
olunmuşdu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |