"Barselona"nın müdafiəçisi Ronald Arauxo klubla yeni müqavilə imzalamaq üzrədir. Stadium.Az xəbər verir ki, bu barədə məşhur insayder və jurnalist Fabrizio Romano bildirib.
Tərəflər artıq yeni sözləşmənin şərtlərini razılaşdırıblar. Müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Rəsmi açıqlamanın yaxın günlərdə edilməsi gözlənilir.