Kərim Diniyev: “Atam məni tək qoyub, getdi əsas komandaya” - MÜSAHİBƏ

“ONLARLA RƏQABƏT APARMAQ MÜMKÜNSÜZ DEYİL”

29.01.2012 | 26831 dəfə oxunub


Azərbaycan millisinin eks baş məşqçisi Şahin Diniyevin iki oğlununrnfutbolla məşğul olmaları barədə dəfələrlə xəbər vermişik. Oğullardan kiçiyirnolan Coşqun Diniyev “İnter”in əvəzedici komandasında çıxış edir. Şahin müəlliminrnböyük oğlu Kərim isə “Neftçi”nin əvəzedici komandasında çıxış edirdi. Artıq isərnkomandaya cəlb olunub. Bu məqamda hazırda Antalyada olan komandanın düşərgəsindərnyer alan Kərimlə söhbətləşməyi məqsədəuyğun saydıq.

rnrn

- Futbolu seçməyində futbolçu ailəsində olmağın əsas rol oynayıb?

rnrn

- Əlbəttə,rnbunun da böyük rolu olub. Atam futbolçu olub. Mən gözümü açandan futbol, toprngörmüşəm. 6 yaşımdan isə atam məni futbola yazdırdı. Təbii ki, futbola olanrnmarağımı nəzərə alaraq.

rnrn

- Nə yaxşırnatan səni məktəbə yox, futbola yönləndirdi?

rnrn

- Dərslərimirndə normal oxuyurdum, amma futbola olan marağım daha çox idi. Buna görə də, dərslərrnqaldı bir kənarda.

rnrn

- Heç elərnolurdu ki, məşqdə, oyunda Şahin Diniyevin oğlu olduğun üçün sənə hörmət etsinlər?

rnrn

- Özüm hamırnilə mehriban olmağa çalışıram. Kim mənimlə necədirsə, mən də ona qarşı eləyəm.rnYəni futbolçu olmağımda atamın nüfuzunun olması mənə heç bir kömək etməyib. Ornki qaldı məşqçilərə, bu, onların öz işidir. Əgər mən oynaya bilmirəmsə, kimdi mənirnkomandaya götürən? Bu gün isə ölkənin bir nömrəli komandası olan “Neftçi”nin əsasrnkomandasındayam. Bu yerə yalnız öz zəhmətim hesabına galib çıxmışam.

rnrn

- Dediyinrnkimi, artıq “Neftçi”nin əsas komandasına cəlb olunmusan. İndiki durumun necədir?

rnrn

- Məncə hələrnvaxt lazımdı. Heç kim bu durumda hər şeyə hazır olduğunu deyə bilməz. Məncə gələnrnmövsümdən özümü tam hazır saya biləcəm.

rnrn

- Əsas heyətərndüşmək sənin üçün çox çətin olacaq?

rnrn

- Mənimrnmövqeyimdə hazırda komandada Ruslan Abışov, İqor Mitreski kimi futbolçular var.rnİqor böyük karyeraya malik futbolçudursa, Ruslan ölkənin ən güclülərindənrnbiridir. Onlarla rəqabət aparmaq mümkünsüz deyil, amma hazırda real görünmür.rnReallığı da qəbul etmək lazımdı.

rnrn

- Futbolda çətinrngünlərin olubmu?

rnrn

- Əlbəttə, mənrndə olub. ən çətin günlərim “Terek”də olub. Ora 15 yaşımda getmişəm. Qroznı kimirnşəhərdə tək yaşamaq çox çət idi. Bakıya qayıdandan sonra isə hər şey yolunarndüşdü.
rn

- Orada nədə çətinlik çəkirdin?

rnrn

- Bilirsizrnnecə idi, hamının evi vardı, yerli uşaqlar idi. Məşqdən, oyundan sonra hamırnevinə gedirdi. Mən isə “Terek”in bazasında tək qalırdım. İnsan ailəsindən,rnanasından, atasından, bacısından, qardaşından kənarda tək necə yaşaya bilər?rnÇünki hər gün təkrarlanan həyat tərzi məni çox sıxırdı. İlk bir ili atam da mənimlərnqalırdı. Amma daha sonra, atam məni tək qoyub getdi əsas komandaya. Düz 8 ay təkrnyaşamalıoldum.

rnrn

-Orada sənirnsıxmırdılar?

rnrn

- Yox, burnbaxımdan problem yox idi.

rnrn

- Gələcəyinirnnecə görürsən “Neftçi”də?

rnrn

- Hazırda 19rnyaşım var. Əsas məqsədim U-21 millisinə dəvət almalıdır.


Söhbətləşdi: Ümid BABA - ANTALYA




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail