Sadıq Sadıqov: "Neftçi" baş məşqçi axtarışında deyil"

18.08.2013 | 19622 dəfə oxunub

"Neftçi" klubu baş məşqçi axtarışında deyil. Bu barədə klubun prezidenti Sadıq Sadıqov "Simurq"la oyundan sonra Stadium.az saytına verdiyi açıqlama bildirib. Klub prezidenti bildirib ki, ən azından qış fasiləsinə kimi komandaya rəhbərliyi Tərlan Əhmədov edəcək: "Neftçi" baş məşqçi axtarışında deyil. Biz Böyükağa Hacıyevlə yollarımızı ayırdıqdan sonra məşqçi də axtarmamışıq. Tərlan Əhmədov gənc məşqçidir və ölkə futbolunda izi olan insandır. Milli komandada çıxış edib, aşağı yaş qrupli yığmada baş məşqçi köməkçisi işləyib. Ona şans vermək lazımdır. Qurban Qurbanov gənc məşqçi deyil? Gəncdir! Ona şans verdilər, özün sübut edə bildi. Biz də Tərlana şans veririk. Fiziki məşqçimiz ispaniyalı Ruben Fransisko pro kateqoriyalı məşqçidir, İspaniya çempionatında çıxış edib, onun da köməyi dəyəcək. Qış fasiləsinə kimi şans verilib, baş-başa verib işləsinlər. Şükürlər olsun ki, hazırda işlərimiz yaxşı gedir. Komandamız bir hissədən çox azlıqda qaldı, amma "Simurq" kimi komandaya qalib gəldi. "Simurq" istənilən komandaya qalib gələ, büdrədə bilir. Amma 10 nəfərlə  qalan komandamız bu rəqibi əziyyət çəkmədən üstələyə bildi. Komandamızda çox gözəl mübarizə əzmi var, bunu saxlaya bilsələr, düşünürəm ki, hər şey yaxşı olacaq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail