"Neftçi"nin sabiq kapitanı idman direktoru oldu

22.07.2014 | 2867 dəfə oxunub

"Neftçi"nin sabiq müdafiəçisi İqor Mitreskinin yeni vəzifəsi müəyyənləşib. Stadium.az xəbər verir ki 2013/14 mövsümünün sonunda karyerasını başa vuran müdafiəçi Makedoniyanın "Şkendiya" klubunun idman direktoru təyin olunub. Qeyd edək ki, Mitreski 2010-2014-cü illərdə çıxış etdiyi "Neftçi"nin heyətində 129 oyunda 1 qol vurub. 3 dəfə Azərbaycan çempionu (2010/11, 2011/12, 2012/13) və 1 dəfə Azərbaycan Kubokunun qalibi (2012/13) olmuş futbolçu əvvəllər Makedoniyanın "Sileks", Rusiyanın "Spartak" (Moskva), Ukraynanın "Metallurq" (Zaparoje), İsrailin "Beytar", Almaniyanın "Enerji Kottbus", Belçikanın "Beersxot" və Bolqarıstanın ÇSKA klublarında çıxış edib. O, 2001-ci ildə Rusiya çempionluğunu və Rusiya Kubokunu qazanı, 2001-2011-ci illərdə çıxış etdiyi Makedoniya yığmasında 70 oyun keçirib və 1 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail