"Bizi "Qarabağ"la həm maddi baxımdan, həm də səviyyə baxımından müqayisə etmək düzgün deyil"

23.07.2014 | 4681 dəfə oxunub

“İlk növbədə rəqibi təbrik edirəm. “Qarabağ” daha yaxşı oynadı və qələbəyə layiq idi”. Stadium.az xəbər verir ki, bu sözləri “Valletta” klubunun baş məşqçisi Gilbert Acius Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan (0:4) sonra keçirilən mətbuat konfransında deyib. 

Gənc mütəxəssis “Qarabağ”ın daha güclü olmasını etiraf edib: “Uzun müddət on nəfərlə oynadıq. Daha sonra doqquz nəfərlə qaldıq. Ehtiyat qüvvəmiz yoxdur. Hakim qərarları haqda danışmaq istəmirəm. Çünki mənim fikrim heç nəyi dəyişmir. 

Özünüz epizodları gördünüz. Futbolda müəyyən məqamlar oyunun taleyini həll edir. Düşünürəm ki, “Qarabağ” daha güclü olduğu üçün qalib gəldi. “Qarabağ”ın heyətində güclü futbolçular çoxdur. Danilo Dias və Reynaldo Silvanı xüsusi qeyd edə bilərəm. Eləcə də Cumbinyoyla Almeydanı. Bizi "Qarabağ"la həm maddi baxımdan, həm də səviyyə baxımından müqayisə etmək düzgün deyil. Baxıram ki, Azərbaycanda futbol klublar səviyyəsində çox inkişaf edib”. 

"Vallettan"nı 4:0 hesabı ilə məğlub edən "Qarabağ" növbəti mərhələyə adlayıb. Ağdam təmsilçisi bu mərhələdə Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail